Türkiyə Superliqasında 14-cü tura yekun vurulub.
Modern.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. "Fənərbaxça" turnir cədvəlində ikinci sırada qərarlaşan "Kasımpaşa"nı qəbul edib və hesab bərabərə qalıb - 2:2.
Digər görüşdə isə "Yeni Malatyaspor" "Akhisar"la heç-heçə edib - 1:1.
Bu matçdan sonra "Kasımpaşa" xallarının sayını 26-ya çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib. Komanda, eyni zamanda, çempionatın lideri "Başakşəhər"lə arasındakı xal fərqini dördə qədər azaldıb.
Turnir cədvəlinə 30 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" 26 xalla 2-ci, "Beşiktaş" və "Qalatasaray" hərəyə 24 xalla 3-4-cü pillələri bölüşdürür.
14 xala malik olan "Fənərbağça" isə 15-ci yerdə qərarlaşıb.