Modern.az

Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi

Bakıda havanı çirkləndirən şəxs 2500 manat cərimələndi

4 Dekabr 2018, 10:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bununla bağlı sexdə monitorinq keçirilib.

Atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb. Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

 

Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir