Modern.az

Ağstafada  Ümumdünya Əlillər günü qeyd olundu

Ağstafada  Ümumdünya Əlillər günü qeyd olundu

Aktual

4 Dekabr 2018, 10:13

Beynəlxalq Əlillər Günü münasibəti ilə Ağstafa şəhər  “Yazıçılar Evi”ndə tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək fiziki cəhətdən sağlamlığında problem olan insanları 3-dekabr Beynəlxalq Əlillər Günü münasibətilə salamladı. Qeyd etdi  ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Bu gün Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.

 

Sonra Axsaqqallar şurasının sədri Firdovsi Heydərli,QMƏMŞAİB-nin rayon şöbəsinin sədri Yaqub İsmayılaov  və başqaları ölkəmizdə əlillərə göstərilən  yüksək diqqət və qayğıya  görə bütün əlillər adından ölkə prezidenti  cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

 

Tədbirin sonunda Ağstafa rayon İcra hakimiyyəti tərəfindən bir qrup əlilə maddi yardım göstərildi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat