Modern.az

Fransa hökuməti geri çəkildi - “Sarı jiletlərin” aksiyası nəticə verir  

Fransa hökuməti geri çəkildi - “Sarı jiletlərin” aksiyası nəticə verir   

Aktual

4 Dekabr 2018, 13:03

Fransanın Baş naziri Eduar Filipp “sarı jiletlərin” etiraz aksiyaları fonunda benzinin vergisinin artırılmasına moratorium qoymağa hazırlaşır.

Modern.az xəbər verir ki Baş nazir dekabrın 4-də “İrəli, Respublika” partiyasının deputatlarına ölkənin icra hakimiyyətinin qərarını elan edəcək. Moratorium bir neçə ay qüvvədə qalacaq və “digər barışıq tədbirləri ilə müşayiət olunacaq.

Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Ötən şənbə günü Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat