Arxiv
6 Dekabr 2018, 12:45 | AKTUAL
Zəngilanlı köçkünlərin mal-qarası yoxlanıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zəngilan Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən zəngilanlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə işləri aparılır.

 

Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar zəngilanlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Saray qəsəbəsində məskunlaşan Elçin Arifoğlunun təsərrüfatına baxış keçirilib, 642 kvadratmetr ərazidə dezinfeksiya işləri icra edilib.

 

Heyvanlar saxlanılan binalarda aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

 

Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

 

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Zəngilan Rayon Baytarlıq İdarəsi 11077 kvadratmetr sahədə dezinfeksiya tədbirləri aparıb.

Rayonun baytar həkimləri “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun zəngilanlıların təsərrüfatlarda saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələri də icra ediblər.

 

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 200 baş iribuynuzlu və 120 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə 120 baş qoçda infeksion epidedimitə görə müayinələr aparılıb və yoluxma aşkar edilməyib.

 

Zəngilan Rayon Baytarlıq İdarəsinin əməkdaşları zəngilanlı məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan Patriarxlığından sərhəd açıqlaması 24 May 2019, 01:12 Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi 24 May 2019, 00:36 Fuad Abbasov azadlığa buraxılıb - İddia 24 May 2019, 00:18 Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR 23 May 2019, 23:57 Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü 23 May 2019, 23:40 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47