Arxiv
6 Dekabr 2018, 14:07 | İQTİSADİYYAT
Manatı yeni devalvasiya gözləyir? - Ekspert ŞƏRHİ  

Azərbaycan manatının ABŞ dolları qarşısında nominal dəyəri ilin əvvəlindən dəyişməyib - 1.7 manat=1 ABŞ dolları məzənnəsi il boyu bankların valyuta alqı-satqısı lövhələrində qalıb. Belə bir vəziyyətdə maliyyə naziri Samir Şərifovun milli valyutanın nominal olaraq deyil, real bahalaşması ilə bağlı narahatlığını dilə gətirməsi xeyli müzakirə yaratdı. 

Bəs, manat real olaraq bahalaşıbmı?

Bu barədə Modern.az-a danışan iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın məlumatına əsasən bildirib ki, qeyri-neft sektoru üzrə manat real olaraq 10%-ə yaxın bahalaşıb:


“2015-ci ilin devalvasiya şokundan sonra bu səviyyədə bahalaşma olmamışdı. Məsələn, 2016-cı ildə real effektiv məzənnə 1% ucuzlaşmışdı, 2017-ci ildə 4% bahalaşmışdı. İndi isə birdən-birə 10%-ə yaxın real bahalaşma qeydə alınıb”.


Sual oluna bilər - nominal məzənnə sabit qalırsa, manat necə real olaraq bahalaşır?

 
“Çox sadə bizim əsas ticarət partnyorumuz olan ölkələrdə milli valyutalar dəyərdən düşür, inflyasiyanın artım tempi isə onların valyutasının dəyərsizləşmə tempindən geridə qalır, nəticədə mal səbətini aparıcı valyutalarla (avro, dollar) almaq daha sərfəli olur. İqtisadi terminlərdən uzaq, asan anlaşılan bir izah: Türkiyədə 100 məhsuldan ibarət ixtiyari bir səbətin dəyəri 2018-ci ilin yanvarında 350 lirə, həmin dövrün nominal kursu ilə 100 dollar idi. Artıq 2018-ci ilin dekabrında həmin səbətin dəyəri inflyasiya nəticəsində 450 lirə olub - hazır məzənnə ilə 88 dollar. Göründüyü kimi, səbət 12% ucuzlaşıb.
Eyni vaxtda Azərbaycanda bu səbət 166.7 manat idi - o zamanın kursu ilə 98 dollar. İl ərzində 2.5% inflyasiya olub və səbət 4.3 manat bahalaşaraq, 171 manata və indiki məzənnə ilə 100.5 dollara yüksəlib. 
Nəticə nədir - il ərzində lirə real olaraq 12% ucuzlaşıb, manat isə 0.5% bahalaşıb. Belə vəziyyətdə həmin səbəti Türkiyədən idxal etmək əcnəbi üçün daha sərfəli olur - yəni Türkiyənin ixracı stimullaşır, paralel olaraq Azərbaycandan idxala maraq azalır.
Bura qədər maliyyə nazirinin arqumenti çox cəlbedici görünür və nazirə haqq qazandırmaq çox məntiqli görünür.
Amma əgər Türkiyədən fərqli olaraq sənin həmin səbətə qoymaq üçün əmtəə istehsalı potensialın çox məhdudursa, əksinə həmin səbəti sən özün xaricdən idxal etməyə məhkumsansa, vəziyyət dəyişir. Olmayan (ya da çox az olan) ixracını həvəsləndirmək istəyərkən, bu ixracdan 6 dəfə çox olan idxalını da bahalaşdırmış olursan.
Yenidən başa qayıdırsan, əhalini panikaya salıb əmanətlərini dollara çevirməyə, banklardakı pullarını geri çəkməyə, bankları manatla kreditdən imtina etməyə, iqtisadiyyatı 2 rəqəmli inflyasiya ilə yaşamağa məhkum buraxırsan.
Çox uzatmaq istəmirəm, manatın real bahalaşmasının qarşısını almağın yeganə açarı üzən məzənnə rejiminə keçiddir. Bu rejim isə yalnız o zaman mümkün olacaq: tədiyə balansı çərçivəsində ölkəyə gələn valyuta axınlarında neft-sektorunun hazırkı 75%-lik payını heç olmasa 25-30%-ə endirmək mümkün olsun”.

R.Ağayev bildirib ki, rəsmi açıqlamalar hər nə olursa olsun, Azərbaycanda yaxın dövr üçün manatın dəyərdən salınacağı ilə bağlı gözləntisi yoxdu:

“Əhalinin maraqları üçün demirəm, bu hökumətin özünün mənafelərinə ağır zərbə olardı”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə:Dəfnə gəlməyin 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34