Arxiv
6 Dekabr 2018, 21:27 | AKTUAL
Deputat AŞPA-da erməni barbarlığından danışdı

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib. Modern.az xəbər verir ki, Avropada mətbuat, mədəniyyət, təhsil sahələri ilə bağlı məsələlər, internetin yaratdığı ciddi problemlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Komitə iclasında “İnternet idarəetməsi və insan hüquqları”, “Sosial media: ictimai təhdidlər, yoxsa fundamental azadlıqlara qarşı təhdidlər?”, “İnternet ombudsman institutu haqqında”, “Kütləvi informasiya vasitələrinin yeni mühitində media təhsili problemi” adlı məruzələr ətrafında müzakirələrdə Avropa Şurası deputatları, eləcə də bu sahələr üzrə Oksford Universiteti nəzdindəki İnternet İnstitutundan, Brüsseldən Avropa İttifaqı və Şimali Avropa İşləri İdarəsindən, Avropa Şurası Media və İnformasiya Cəmiyyəti Komitəsindən yüksək vəzifəli nümayəndələr və tanınmış mütəxəssislər iştirak ediblər.

Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu müzakirələrə qatılaraq ölkəmizdə nümunəvi internet məkanı yaradılmasından, bütün əhalinin internet şəbəkəsindən azad istifadə etmək imkanının mövcudluğundan danışıb. Avropalı deputatlar onun fikirlərini bölüşüblər.

 

“Mən həyatım boyu mətbuatla bilavasitə bağlı olduğuma görə söz və ifadə azadlığına son dərəcə böyük önəm verirəm. Lakin azadlıq heç də nəzarətdən tamam uzaq olmaq, heç bir məhdudiyyətsiz yazmaq, fikir söyləmək deyildir. Əgər kiminsə öz aləmində azadlıq hesab etdiyi ifrat sərbəstlik başqalarının hüquqlarını pozursa, onda bu fəaliyyətlərin adı daha azadlıq olmur. Buna görə də sosial şəbəkələrdə cavabdehlik və məsuliyyəti artırmaq bu gün son dərəcə vacibdir. Söylənən, yazılan hər sözün, hər fikrin arxasında dayanan real ad, bəlli insan görünməlidir ki, lazım olan anda ondan hüquq müstəvisində cavabdehlik tələb etmək mümkün olsun. Təəssüf ki, bu gün belə bir identikləşdirmə sistemi hələ işləmədiyindən saysız fəsadlar da ortaya çıxır, konkret məsuliyyət tələb edilməli ünvan çox zaman gizli qaldığından böhtan, yalan, təhqir, məqsədli şəkildə yayılan saxta məlumatlar da qlobal informasiya və ünsiyyət mühitini çirkləndirir. Bunlar elə arzuolunmaz hallardır ki, böyüklüyündən kiçikliyindən asılı olmayaraq, ayrı-ayrı ölkələrə də, ayrı-ayrı insanlara da ziyan vurur. Bütün bunlara qarşı isə məhz demokratik dəyərlərə sadiq qalaraq, sosial şəbəkəyə, internet fəzasına qanuni nəzarəti gücləndirməklə çıxmaq olar. Həm də tək deyil, hamılıqla mübarizə aparmaqla bu istiqamətdə mövcud olan arzuolunmaz təmayüllərdən xilas olmaq mümkündür”,-deyə R.Hüseynov diqqətə çatdırıb.

 

Avropalı deputatlar Rafael Hüseynovun bu fikirləri ilə şərik olduqlarını bildirərək, ölkələrindən müvafiq konkret faktları nümunə gətiriblər.

 

Komitə iclasında Böyük Britaniyadan olan deputat Aleksander Dandinin hazırladığı “Demokratik cəmiyyətdə mədəni irsin əhəmiyyəti” adlı hesabat maraqla qarşılanıb.

 

Rafael Hüseynov bu hesabatla bağlı müzakirələr zamanı ölkəmizin qədim mədəniyyəti və zəngin mədəni irsi haqqında ətraflı məlumat verib, məruzədə mütləq əksini tapmasını zəruri saydığı məsələlər üzərində dayanıb.

 

Qeyd edib ki, mədəniyyət demokratik dəyərlər sistemində xüsusi əhəmiyyətə malikdir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir.

 

O, Ermənistanın ölkəmizə qarşı apardığı işğal siyasətindən söz açıb, bu təcavüzün mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib. “Mən ölkəmdə olan ən böyük muzeylərdən birinə rəhbərlik edirəm və bu muzeyin ölkənin bir sıra guşələrində filialları vardır. Həmin muzeylərdən biri də Qarabağda, mədəniyyət qalası olan Şuşa şəhərində yerləşirdi. Artıq 26 ildir ki, həmin muzey məcburi köçkün vəziyyətindədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü isə təkcə həmin muzeyi fəlakətə uğratmayıb. Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi “mədəniyyət və demokratiya” prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə də ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüz illərlə deyil, min illərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı, bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təəssüflər ki, onların əksəriyyəti ya məhv edilmiş, ya da qəsb edilərək erməniləşdirilib”,- deyə deputat söyləyib.

 

Ölkəmizin Avropada həyata keçirdiyi nəcib mədəni tədbirlərdən, bir sıra mədəni irs nümunələrinin bərpasında iştirakından danışan deputat məhz bu cür yanaşmanın hamı üçün ənənəvi düşüncə tərzinə çevrildiyi təqdirdə əldə ediləcək nəticələrin qitənin və dünyanın daha əmin-aman, daha gözəl, daha yaşamalı, daha demokratik olmasına gətirib çıxaracağına inamını ifadə edib. Eyni zamanda, azərbaycanlı deputat bu qəbildən olan həssas məqamların və faktların məruzədə mütləq əks etdirilməsinin zəruriliyini də vurğulayıb.

 

Ukraynalı deputat V.Ariyev və ingiltərəli A.Dandi işğala uğramış ərazilərdəki mədəni irs problem ilə əlaqədar Rafael Hüseynovun bəyan etdiklərini dəstəkləyərək bu problemə məruzənin ideyası kontekstində ayrıca yer ayırmağı məqsədəuyğun saydıqlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan Patriarxlığından sərhəd açıqlaması 24 May 2019, 01:12 Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi 24 May 2019, 00:36 Fuad Abbasov azadlığa buraxılıb - İddia 24 May 2019, 00:18 Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR 23 May 2019, 23:57 Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü 23 May 2019, 23:40 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47