Modern.az

Mingəçevirdə  yataqxana yandı

Mingəçevirdə  yataqxana yandı

6 Dekabr 2018, 22:01

Mingəçevirdə yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib. Modern.az ”Report”a istinadən xəbər verir ki, internat məktəbi yataqxanasının ikinci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

 

Hadisə ilə əlaqədar binadakı şəxslər ərazidən təxliyyə olunub. Yanğın çevik müdaxilə nəticəsində lokallaşdırılıb. Hadisə yerinə həkim briqadası cəlb olunsa da, tibb işçilərinin müdaxiləsinə ehtiyac qalmayıb.

 

Qeyd edək ki, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir