Modern.az

Nazirlik Şaxta babaya məktub yazan uşağı sevindirəcək

Nazirlik Şaxta babaya məktub yazan uşağı sevindirəcək

Təhsil

7 Dekabr 2018, 21:31

Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək. Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Facebook” səhifəsində yazıb:

 

"Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”,- deyə C.Valehov qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür