Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanır.
Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a bildirilib.