Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib.
Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.
Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən Ə.Qayıbəliyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur.