Modern.az

“Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir”  

“Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir”   

9 Dekabr 2018, 19:54

“Bugünkü erkən parlament seçkiləri Ermənistanın bütün tarixi ərzində ən utancverici seçkilərdir”.

Modern.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Partiyasının nümayəndəsi David Şahnazaryan bildirib.

Onun sözlərinə görə, seçki məntəqələrində ciddi qanun pozuntuları müşahidə edilib, vətəndaşlar Nikol Paşinyanın lideri olduğu "Mənim addımım" blokuna səs verməyə məcbur ediliblər. Rəsmi qurumlar isə seçki pozuntularına biganədir.

"Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb".


“Çiçəklənən Ermənistan” Partiyasınınn namizədi Naira Zöhrabyan da deyib ki, əlində "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olunması barədə məlumatlar var.

Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi açmayıb.

Bunu jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan deyib.

“Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub, o da baxılma mərhələsindədir. Hazırda cinayət işi açılan məsələ yoxdur”, - deyə o bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir