Modern.az

Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”  

Firudin Cəlilovla Etibar Əliyev arasında QALMAQAL: “3 gün vaxt verirəm!”   

Aktual

9 Dekabr 2018, 21:45

Türkoloq alim Firudin Cəlilovla təhsil eksperti Etibar Əliyev arasında qalmaqal yaranıb. Modern.az saytının məlumatına görə, tərəflər Facebook sosial şəbəkəsində bir-birinin ünvanına təhqir dolu mesajlar ünvanlayıb, aşağılayıcı ifadələr işlədiblər.

Firudin Cəlilov Facebook dostlarına müraciət edərək, Etibar Əliyevi özünün dostlar siyahısından çıxardığını, onların da belə bir addım atmalı olduğunu bildirıb.

“...ancaq 500-ə qədər dostum onunla dostluq edir. Onların vasitəsilə səhifəmə girib, üfunət verir. Ona görə də, ortaq dostlara 3 gün vaxt verirəm, sonra siləcəm. Seçim sizdədir...”,-deyə F.Cəlilov bəyan edib.


Etibar Əliyev isə Firudin Cəlilovu ziyalı deyil, ziyanlı adlandırıb. Təhsil eksperti türkoloq alimi regionçuluqda, bir neçə partiya dəyişməkdə ittiham edib. Etibar Əliyev Firudin Cəlilovun  dəfələrlə akademik Azad Mirzəcanzadəni, eks-prezident Əbülfəz Elçibəyi, mərhum sabiq təhsil naziri Lidiya Rəsulovanı şərlədiyini, təhqir etdiyini vurğulayıb.

“Mən onun dünyasını dəyişmiş şəxsiyyətlərin haqqında söylədiyi yalan və təhqirlərə qarşı çıxmış və münasibətimi mətbuatda da bildirmişəm”, - o deyib. 


E.Əliyev Facebook-da  F.Cəlilova “...mənim səninlə dostluğum olub ki, silib atasan? Heç olmasa yaşından utan, yalan danışma”,-deyə çağırış edib.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!