Modern.az

Paşinyana biçilən “Buratino ömrü” və ya sillənin qulaq batıran səsi  

Paşinyana biçilən “Buratino ömrü” və ya sillənin qulaq batıran səsi   

9 Dekabr 2018, 22:53

Elşən Musayev

Ermənistanda seçki başa çatdı. Tarixdə hələ belə rüsvayçılıq olmayıb: de-fakto 17 faiz aktivlik! Rəsmən 37 deyirlər, amma bütün “exit poll”ların gəldiyi yekun qənaət budur: “17-18 arası…”

Rusiya seyrcidir, Qərbdən açıq dəstək yoxdur, böyük “qardaş” Fransanın isə başı qarışıb özünə. Avropa komissarları da güman ki, nəticəni seçkiyə görə deyil, yaxın zaman aralığında yeyib-içmə luksuna və digər komfortlara nəzərən verəcəklər. Ələ hər mənada. Həm siyasi, həm də məişət fakturası üzərindən. Əksəriyyəti zatən demokratiyanın deyil, demokratik olmamağın kriteriyalarını qoruyurlar, beynəlxalq hüququn səsini sonuncu dəfə beşikdə seyr eşidiblər + gördüklərini deyil, görmək istədiklərini yazırlar - əyri xətt və ərəb əlifbası üzərindən arxadan önə həkk etdikləri yarım-qovluqlarına, cib dəftərçələrinə.

Hazırki İrəvan 1994-ün Vaşinqtonunu xatırladır. O zaman rəy sorğuları zamanı məlum olmuşdu ki, əhalinin 70 faizi ölkədə futbol üzrə dünya çempionatının keçirilməsindən xəbərsizdir. Bu gün İrəvanda aparılmış monitorinq də bənzər mənzərəni özündə ehtiva edir: Camaatın, əsas da yaşlı kütlənin əksəriyyəti ya ölkədə Prezident seçkilərinin keçirildiyini sanıb ya da ümumən mövzuya “fransız” qalıb.

Koçəryanın komandası hazır vəziyyətdə nəticələri gözləyir. Ki, dərhal mitinqlər başlasın. Suyu süzülən Sarkisyan isə ilk dəfə məcburən, hətta məhkumən Koçaryana separat-siyasi dəstək verir – maraqlar toqquşduğu üçün. Amma ən böyük ehtimal edilən təhlükə cəbhə bölgəsindədir. Keçmiş Prezidentin lokalizəsi də çox güman bu səbəbdəndir. Qərb kəşfiyyatı gizli şifrələrlə seçkidən dərhal sonra cəbhədəki komandirlərin öz əsgərləri tərəfindən vurulacağı haqda informasiya sızdırıb. Bəlli (məlum) kuluarlara. 2 gün öncə. Amma ola da bilər istiqamət məqsədli şəkildə+dezo formasında bəlli səmtə yönəldilsin, əsl qarşıdurmanın episentri isə həlledici məqama qədər məchul saxlanılsın.

Son anda mediaya ötürülən daha bir nüans – onu da “exit pool” deyir: Real 17 faiz seçicinin yarıdan çoxu səsvermədə “heç bir namizəd” qrafasını nişanlayıb. Bu da faktiki olaraq erməni xalqının seçkini baykot etdyini təsdiqləyir.

Artıq mitinqlərin bölgələrdən üzü İrəvana doğru başlaması, irəliləməsi xəbəri yayılıb. Seçkiyə gəlməyənlərin seçkidən sonrakı mərhələdə aktiv iştirakı təbii ki qaçılmaz idi və Paşinyanı deyəsən bumaranq lap tez haqladı. Adam elə bilirdi saqqalından 1-2 ilmə yandırıb, üfürüb, hədəfə çatacaq. Oysa, nə “ağlını” hesabladı, nə ixtiyari fors-majorları, nə Rusiyanı, nə də heç nəyi…

Ermənistanda aranı qatmaq və ya Paşinyanın 3 gün əvvl dediyi “kənar təsirləri” kuliminasion icra mərhələsinə çatdırmaq üçün tarix boyu heç vaxt hansısa siyasi liderin və ya şəxsin qətlindən, qanlı qarşudurmalardan savayı alternativ olmayıb. Parlament terroru daxil. Münbit şərait isə yenə yetişib. Əgər düymə basılsa, basılıbsa, Paşinyana indiki durumda heç Kim Kardaşyan da həsəd aparmaz.

Ayrıca, bilmək olmaz, bəlkə elə Koçaryanın həbsinin də faktiki səbəbi islah deyil – onu qorumaq cəhdidir. Onu və özünü. Paşinyan açısından.

Bir o dəqiqdir ki, hakimiyyətə gəlməyin məntiqi olmayanda, daha sonra baş verəcəklərin də hekayəsi nizamsız olur. Əvvəldən axıra, son nöqtəyə qədər güdməlisən ki, nəticəyə varasan.



P.S. Paşinyana deyəsən “Buratino” qədər siyasi ömür biçiblər. 
Yoxsa ilk sillənin səsi niyə bu qədər gur gələydi ki...?! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?