Modern.az

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı  

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı   

Hadisə

10 Dekabr 2018, 13:02

“Noyabrın 15-dən dekabrın 9-na kimi qanunla qadağan olunmuş jalüz və nəqliyyat vasitəsinin ban şüşələrinə tətbiqinə icazə verilməyən ötrüklərin çəkilməsinə görə 1625 protokol tərtib edilib”.

Bu barədə Modern.az-ın sorğusunu cavab verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib

Xatırladaq ki, avtomobillərin arxa yan şüşələrinə jalüzlərin taxılmasına yalnız mayın 1-dən noyabrın 15-dək icazə verilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə əsasən Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir