Arxiv
11 Dekabr 2018, 11:01 | AKTUAL
Heydər Əliyev Binəqədidə ANILDI

10 dekabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatını birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkili,  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri,  ATƏT PA-nın vitse-prezidenti, Siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev,Milli Məclisinin deputatları Madər Musayev, Kamaləddin Qafarov,  Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova,rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etdilər. İlkin olaraq qonaqlar Ulu öndər  Heydər Əliyevin heykəli önünə gül qoydular. Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad edildi.

Çıxış edən Azay QuliyevHeydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafeələr çevrəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynadığını bildirdi.

Çıxış üçün söz verilən Kamaləddin Qafarov Heydər Əliyev siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixinin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu qeyd etdi. 

Daha sonra çıxış üçün  Bakı Dövlət Universitetinin «Qafqaz xalqları tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru,professor,Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovaya söz verildi. İradə Hüseynova Ümummilli lider Heydər Əliyevin  bizlərə Azərbaycanın nurlu sabahı uğrunda, lazım gələrsə, öz həyatımızı qurban vermək, milli yüksəliş naminə fərdi maraqların fövqündə dayanmağı bacarmaq, Vətənə təmənnasız xidmət kimi ən şərəfli ideallarını aşıladığını dedi.

Çıxış üçün söz verilən  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı   Elxan Allahverdiyev Böyük Öndərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdiyini bildirdi. Natiq Azərbaycanın bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımladığını, bu yolun Heydər Əliyev yolu olduğunu qeyd etdi.

Anım günü tədbirinin rəsmi hissəsi bitdikdən sonra, tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissə zamanı Ümummili liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər qonaqlara Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim edildi.

Sonda  Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayevin ifasında  “Dahi” mahnısı səsləndi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Unudulmaz səslər: Erməniləri qəzəbləndirən, Mərkəzi Komitədən töhmət alan XALQ ARTİSTİMİZ 9 Dekabr 2019, 08:44 Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi, ana öldü 9 Dekabr 2019, 08:39 Erməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...   9 Dekabr 2019, 08:23 Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?