Arxiv
11 Dekabr 2018, 13:41 | HADİSƏ
Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Gələn ildən dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı söz-söhbətlər gəzir.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, gələn ildən dövlət xəstəxanalarında xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.


“Bu, əhalini narahatlığa yönəldən təxribatçı bir məlumatdır. Amma icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq dövlət xəstəxanalarının bir qismi ola bilər ki, publik hüquqi şəxsə çevrilsin. Publik hüquqi şəxs o demək deyil ki, pullu xidmət göstərəcək. Publik hüquqi şəxs o deməkdir ki, xəstəxanalar sığorta fəaliyyətinə cəlb olunacaq və vətəndaşın müayinə, müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək”.

Deputat bildirib ki, ola bilər ki, sığorta qanunvericiliyində dəyişiklik olsun və müayinənin, müalicənin cüzi bir hissəsi vətəndaş tərəfindən ödənilsin.

“Sui-istifadə hallarının qarşısının alınması və nəzarət məqsədilə vətəndaş ödəniş edə bilər. Amma xəstəxanaların pullu olacağı ilə bağlı xəbərlər doğru deyil. Sadəcə olaraq, xəstəxanalar publik hüquqi şəxsə çevriləcək, vətəndaşın müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək. İndiki halda isə xəstəxanalar Tibbi Sığorta Agentliyi ilə müqavilə bağlaya bilmirlər. Çünki  onların nizamnamə və əsasnaməsində xərcləri dövlət büdcəsi qarşılayır”.


M.Quliyev qeyd edib ki, bütün dövlət xəstəxanaları birdən-birə publik hüquqi şəxsə çevrilməyəcək:

“Bu proses tədricən baş verəcək. Hər halda xəstəxanaların publik hüquqi şəxsə çevrilməsinin vətəndaşlara çox böyük xeyri olacaq. Tibbi xidmətin keyfiyyəti də artacaq,  Tibbi Sığorta Agentliyi insanların bütün məsrəflərini qarşılayacaq. Vətəndaş isə əlini cibinə salası olmayacaq. Publik hüquqi şəxsə çevrilmək o demək deyil ki, xəstəxanalar özəl klinikalar kimi vətəndaşdan pul alacaqlar və daha sonra xidmət göstərəcək. Xeyr, belə bir şey olmayacaq. Ödəniş Tibbi Sığorta Agentliyi tərəfindən sığorta hesabına ödəniləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03