Arxiv
11 Dekabr 2018, 14:28 | MƏDƏNİYYƏT
Liderləri Tanrı seçir...  

Bəlkə də, liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir...

1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərində yerləşən 9 N-li orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatşılar qəsəbəsindəki barak evin birotaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə qalırdıq...

Bir gün, kirayə sözünün mənasını atamdan soruşub, anlayanda məyus oldum. Allahdan gəlibmiş kimi, ondan xahiş etdim ki, bizə mənzil verilməsindən ötrü Heydər Əliyevə məktub yazmağıma icazə versin. Atam o vaxt mənim xahişimi bir uşaq şıltaqlığı sanıb, gülümsədi və:

- Ay oğul, sən hələ uşaqsan, sən nə bilirsən məktub nədir?! Yaşayaq görək nə olur- deyə icazə vermədi. 

Amma mən, bir neçə gün sonra, anamdan on bir ildir kirayədə qaldığımızı, atamın iş yerinin dəqiq adını, ünvanımızı öyrənib, gizlində məktubu yazdım. On yaşında uşağın düşündüyü, arzuladığı, bildiyi kimi...

Xülasə, ev istədim. Zərfin üstünə "Azərbaycan SSR Mərkəzi Komitənin birinci katibi yoldaş Heydər Əliyevə" sözlərini yazıb, qonşuluqda yaşayan sinif yoldaşım Lətiflə birlikdə qəsəbənin mərkəzinə getdik və mən Trest deyilən yerdə onun köməyi ilə zərfi poçt qutusuna atdım...

Bu hadisədən 20-25 gün keçmişdi ki, atam növbəti dəfə günorta fasiləsində evə qayıdıb, məni yanına çağırdı. Səsinin tonundan hiss etdim ki, danlayacaq. Amma, həmin gün danlandığım qədər də əzizləndim. Sən demə, işlədiyi müəssisənin rəhbəri atamı yanına çağıraraq, MK-dan gələn rəsmi göstərişə əsasən, bizə iki otaqlı mənzil verildiyini söyləyib. Heç vaxt unutmaram, həmin mənzilə köçəndə, özümü ilk dəfə dünyanın ən xoşbəxti sandım. Artıq o vaxtdan 42 il keçir. İndi həmin mənzildə mən öz ailəmlə birgə yaşayıram...

Bütün bunları söyləməkdə məqsədim, özümü nəsə yeni bir söz deyirmiş kimi göstərməkdən ibarət deyil, mən çox yaxşı bilirəm ki, Heydər Əliyevin dövründə milyonlarla adam ev-eşik sahibi olub. Amma, o vaxtdan məndə Heydər Əliyevə inam, saf bir etibar yarandı və mən onu, həmişə televiziya ekranlarından xüsusi maraqla izlədim...

Onu ilk dəfə canlı 1984-cü ildə, Sumqayıt Politexnik Texnikumundan Volqaqrad Traktor zavoduna göndərildiyim diplomqabağı istehsalat təcrübəsində olarkən gördüm. Səhv etmirəmsə, hansısa xarici dövlətin rəsmiləri ilə birlikdə sexləri gəzirdilər. İçimdən bir istək keçdi ki, ona yaxınlaşıb minnətdarlıq edim. Amma, onlara bələdçilik edən zavod rəhbərliyindən ehtiyat etdiyimdən istəyim baş tutmadı...

1988-ci ilin fevral ayında Sumqayıt təlatümlər şəhərinə bənzəyirdi. O vaxt mən, Ç.İldırım adına AzPİ-nin axşam şöbəsinin birinci kursunda təhsil almaqla yanaşı, Sumqayıt Superfosfat zavodunda sex rəisinin müavini vəzifəsində çalışırdım və zavod komsomol komitəsinin büro üzvüydüm. Bir gənc kimi azərbaycanlıların Ermənistandan deportasiya edilməsi məni də hiddətləndirmişdi. Həmin vaxtlar hamı kimi mən də, soydaşlarımızın başına gətirilən müsibətlərə etiraz mitinqlərində iştirak edir, ermənilərin şəhərdən çıxmasını tələb edənlərin arasında olurdum. Fevralın 28-də növbəti mitinqi dağıtmaq əmri almış əsgərlər, mitinq iştirakşılarını döyə-döyə maşınlara mindirib, müvəqqəti təcridxanalara daşıyır, oradan da türmələrə aparırdılar. O vaxt məni on səkkiz gün Bayıl türməsində saxlayandan sonra, cinayət tərkibli əməlim olmadığı üçün həbsdən azad etdilər və mitinqlərdə iştirakıma görə inzibati qaydada cəzalandırdılar...

Mitinqlərdə iştirak edəndə, Bayıl türməsində olanda da xalq, bütün bu hadisələrin törədilmə səbəbini mənfur Qarbaçovun Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan sonra azərbaycanlıların təklənməsində və ermənilərin bu fürsətdən istifadə edərək fəallaşmasında görürdü. Xalq yaxşı bilirdi ki, Heydər Əliyev Sov.İKP Siyasi Büronun üzvü olarkən azərbaycanlıların yeganə güvənc yeri olmuş, erməni təcavüzünün dəfələrlə qarşısını almışdı...

İllər keçdi. 1990-cı il yanvar günlərində biz, eyni binada yaşayan gənclər, hər gün piyada Bakı şəhərinə gedirdik. Axşamlar qayıdan kimi həyətimizdə təzə inşa olunmuş xeyir-şər evində yaşlıları, cavanları başımıza yığıb, ölkədə baş verən hadisələrdən danışırdıq. Yaxşı yadımdadır, qonşum Varis Yolçuyev hardansa Heydər Əliyevin Bakıda baş verən hadisələrə münasibətini əks etdirən Moskvadakı çıxışının videolentini əldə etmişdi. Və biz lazımi avadınlıqları tapıb, həmin videolenti dəfələrlə nümaiş etdirir, insanlara ümid verirdik. Heç vaxt unutmaram, o vaxt hamı nicatı Heydər Əliyevdə görürdü...

Bu belə də oldu, Ulu Öndər 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Azərbaycan od tutub yanırdı. Bir yandan müharibə, bir yandan anarxiya-özbaşınalıq ölkəni ağuşuna almışdı. Çox keçmədi ki, Heydər Əliyevin müdrik siyasəti və yüksək idarəçilik qabliyyəti nəticəsində Azərbaycanda əminamanlıq bərqərar oldu...

...Bəli, Heydər Əliyev Allahın seçdiyi LİDER idi...

Və Azərbaycan xalqı zaman-zaman onun böyüklüyünü dərk edib, əbədi olaraq xatirələrdə yaşadacaqdır...

Elman Eldaroğlu 
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38 Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI 18 İyun 2019, 15:36