Arxiv
11 Dekabr 2018, 16:13 | AKTUAL
UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumilli lider, Dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov və digər rəhbər şəxslər UNEC-də Heydər Əliyevin büstü önünə ehtiramla gül dəstəsi qoydular.

Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, Ümumilli lider yalnız dahi siyasətçi yox, həmçinin müdrük iqtisadçı olmuşdur. Rektor bildirdi ki, sovet dövründə milli iqtisadiyyatın strukturunun formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın maraqlarının əsas tutulması, ölkədə olduqca əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi uğrunda apardığı mübarizə Heydər Əliyevin Azərbaycanın gələcəyini necə düşündüyünün bir göstəricisidir.

Rektor bildirdi ki, Heydər Əliyev Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edən insan kapitalının formalaşdırılması məsələsinə böyük diqqət yetirmişdir. Ümumilli liderin dəstəyi ilə həmin dövrlərdə təhsil almış minlərlə gənc indi də Azərbaycan naminə çalışır. Dahi şəxsiyyətin səyləri Azərbaycanın gələcəyi üçün həyata keçirdiyi işlər onu deməyə əsas verir ki, o, ölkəmizin müstəqilliyə qovuşacağına inanırdı.

“Heydər Əliyev həm də böyük bir insan idi. Onu tanıyanlar və tanımayanlar ona olan sevgisi haqqında danışırlar”. Bir çox tarixi şəxsiyyət Heydər Əliyev ilə bağlı xatirələrində onun dahi siyasətçi olduğunu vurğulayıb. Ukraynanın birinci prezidenti Leonid Kravçuk Heydər Əliyev haqqında xatirələrini bölüşərkən onun Azərbaycanın maraqlarını necə qoruduğuna xüsusi toxunub. Moskvada, MDB dövlət başçılarının iclası zamanı Heydər Əliyev Boris Yeltsinə müraciət edərək bəzi məsələlərin, o cümlədən, MDB-nin ümumi məkanının qorunması üçün şərait yaradılması və ərzaq məsələsini qaldırdı. B.Yeltsin ilk əvvəl müraciətə etinasız yanaşır, lakin L.Kravçuk Ukrayna üçün də zəruri olan məsələni dəstəklədikdən sonra qaldırılan mövzu gündəliyə salınır.

UNEC rektoru çıxışının davamında qeyd etdi ki, Heydər Əliyev həmçinin dəyərli bir ailə başçısı olub. Onun siyasətini davam etdirən İlham Əliyevin ölkəmizin daha da inkişafı, rifahı və çiçəklənməsi üçün göstərdiyi səylər, əzmlə çalışması bizi öz işimizə daha böyük inamla yanaşmağa ruhlandırır.

Sonra dahi şəxsiyyətə həsr edilmiş videoçarx nümayiş olundu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55