Arxiv
12 Dekabr 2018, 08:13 | AKTUAL
Tükənməz intellekt və mənəviyyat dəryası

(Esse-portret)

   
Azərbaycan həqiqətən bağıra basılası Vətəndir!!! Ölkəmiz Ulu Yaradanın kəramətini əsirgəməyərək xəlq etdiyi tək-tək məmləkətlərdən biridir. Əlverişli geostrateji mövqedə yerləşən respublikamız təkcə təbii sərvətləri və zəngin təbiəti ilə seçilmir, Azərbaycan ta əzəldən həm də istedadlar, dahilər yurdudur. Bu baxımdan ulu öndər Heydər Əliyev isə xalqımızın yetirdiyi müstəsna şəxsiyyətlərdəndir. Məhz zaman ötdükcə böyüklüyü daha qabarıq üzə çıxan şəxsiyyətlər dahidir. Bir də ki, dünyanın nəhəng imperiyalarında, ən inkişaf etmiş ölkələrdə dahi adını qazanmağa nə var ki… Əsl vətəndaş, əsl şəxsiyyət odur ki, Azərbaycan kimi ərazicə kiçik bir məmləkətdə Sovet imperiyasının tüğyan etdiyi dövrdən qədərincə baş çıxara, 1993-cü ilin əvvəlində ölkəmizin düşdüyü arzuolunmaz vəziyyətdən yeganə çıxış yolunu tapa və Vətənini qısa müddətdə planetin ən perspektivli ölkələrindən birinə çevirə bilə ...

           
Azərbaycanın əsrlər boyunca davam edən xoşagəlməz  taleyində 1969-cu il iyul ayının 14-ü günü dönüş nöqtəsi oldu. Sövet dönəmində ilk dəfə respublikamızda hakimiyyət sükanına xalqının taleyinə tam yiyə durmaq iqtidarına yetişən soydaşımız yiyələndi. Məhz güclü iqtisadiyyatın bir millətin bütün sahələrdə yoluna yaşıl işıq yandırdığını başlıca meyar götürən ümummilli lider Heydər Əliyev ən geridə qalan respublikalardan biri sayılan Azərbaycanda qısa zaman kəsiyində köklü dəyişiklərə nail oldu. 1969-1982-ci illər respublikamızın quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü, milli gəlir 2,5 dəfə artdı. Heydər Əliyevin reallaşdırdığı titanik və kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş İttifaqın daxili imkanlarına və intellektual potensialına arxalanaraq özünü idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.

       
Azərbaycanın təkcə iqtisadiyyatında deyil, bütün sahələrdə köklü dəyişikliklərə təkan verən ulu öndər  peşəkarlar və ziyalılarla yanaşı sadə insanların da qəlbində heykəlini ucaltdı, onların sabaha inamlarını gücləndirdi. Ən başlıcası, Heydər Əliyev milli qüruru millətimizin bayrağına çevirdi!!! Duruşunda, qamətində Vətən timsalını təcəssüm etdirən ümummilli liderin sadəcə çöhrəsinə, nüfuzedici baxışlarına diqqət kəsilsən bir dünya ilə üz-üzə qalırdın. O, qeyri-adiliklə sadəliyi özündə üzvi şəkildə qovuşduran nadir şəxsiyyətlərdən idi. Heydər Əliyev iti zəkası ilə bütöv bir millətin yoluna işıq salmaq qüdrətində olduğunu qısa zaman kəsiyində sübuta yetirdi. Hələ Sovet dövründə ümummilli lider daşdan keçən məntiqi, tükənməz iradəsi, sözlə ölçüyəgəlməz səriştəsi və həsəd aparılacaq analitik məharəti ilə say-seçmə peşəkarları, görkəmli ictimai və dövlət xadimlərini mat qoyurdu.   Məhz  ulu öndərin bu keyfiyyətləri sayəsində 1969-1982-ci illər Azərbaycan tarixinə intibah salnaməsi və kommunizm ideallarının çiçəkləndiyi bir zamanda milli mənlik şüurunun yenidən canlanması dövrü kimi düşdü.  1978-ci ildə respublikamızda azərbaycan dili konstitusiyaya dövlət dili kimi salındı. Qədim tariximiz, əsrlərin sınağından çıxan milli adət-ənənələrimiz, elmimiz, ədəbiyyatımız və mədəniyyətimiz dirçəldildi, xalqımızın rifahı yüksəldildi və yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Neçə-neçə Azərbaycan övladının adı ucalardan ucalara qaldırıldı,  onların dərin intellektual potensialı və qəhrəmanlıqları ən azı İttifaq səviyyəsində geniş yayıldı.

        
Məhz ümummilli lider Heydər Əliyevin hələ Sovet dövründə hakimiyyətə gəlişi ilə Azərbaycan ədəbiyyatı, eləcə də, görkəmli yazıçı və şairlərimiz  də layiqli haqqına qovuşdu. O, bu qürurverici missiyasını müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra da tam məsuliyyətilə yerinə yetirdi və həmin müqəddəs ənənə indi də dolğun şəkildə davam etdirilir. Ulu öndərin Sovetlərin gurlayan əyyamında Cənubi Azərbaycan ədəbiyyatının təbliğini birbaşa gündəmə gətirməsi onun sözlə ölçüyəgəlməz misilsiz xidmətlərindən biridir. Romantik şair, filosof və əsl vətənpərvərlik rəmzi səviyyəsinə yüksələn unudulmaz soydaşımız Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilərək doğma yurdu Naxçıvanda torpağa tapşırılması da ümummilili liderin xalqımız qarşısında əlahiddə xidmətidir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Cəfər Cabbarlı,  Rəsul Rza, İlyas Əfəndiyev, Məmməd Araz, İsmayıl Şıxlı, Nəbi Xəzri,  Süleyman Rəhimov, Mirzə İbrahimov, Süleyman Rüstəm,  Hüseyn Abbaszadə, Mirvarid Dilbazi, Anar, Elçin, Qabil, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Xəlil Rza,  Hüseyn İbrahimov, Fərman Kərimzadə, Balaş Azər, Mədinə Gülgün, Hökumə Bülluri, Söhrab Tahir, Əli Tudə və digər sayagəlməyən ədəbiyyat nəhəngləri məhz Heydər Əliyev ucalığı sayəsində mənəvi və insani haqqına çatdırıldı. Azərbaycan Yazıçılar Birliyinin ilk fəxri üzvü kimi əlçatmaz şərəfə təsadüfən layiq görülmədiyini əməldə sübuta yetirən ulu öndər Heydər Əliyev hakimiyyətdə olmadığı illərdə belə əsl vətəndaşlıq və kişilik nümunəsi nümayiş etdirərək 1991-ci ildə ədəbiyyatçıların xüsusi dəvətinə hay verərək Azərbaycan Yazıçılarının 9-cu  qurultayında da iştirak etdi. Müstəqilliyin ilk illərində öz başına çarə qılmaq məcburiyyətində qalan Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat” qəzeti və digər ədəbi orqanların yenidən dövlət tərəfindən maliyyələşməsi də  ümummilli liderin  hakimiyyətə dönüşü ilə mümkün oldu.  Dahi Füzulinin 500, “Kitabi Dədə Qorqud”un 1300 illiyinin qeyd olunmasının beynəlxalq səviyyədə təşkili Azərbaycan ədəbiyyatının nüfuzunun ölkəmizin sınırlarından kənarda təbliği baxımdan növbəti mühüm addımlar idi. Bir insan kimi dünyagörüşünün formalaşmasında, təhsili, əxlaqı və mənəviyyatında  ədəbiyyatın həlledici rolunu ən mötəbər tədbirlərdə, o cümlədən, yazıçı və şairlərimizlə unudulmaz  görüşlərində dəfələrlə  xüsusi vurğulayan ümummilli lider Heydər Əliyev əsl vətəndaş və dövlət xadimi kimi Azərbaycan ədəbiyyatı qarşısında da mənəvi borcunu daim layiqincə yerinə yetirdi.

        

Əslində, Heydər Əliyevin 1969-1982-ci illərdə milli ruhu başlıca meyara çevirməsi, qurduğu mükəmməl iqtisadiyyat, formalaşdırdığı hərtərəfli infrastuktur, yetişdirdiyi kadrlar, o cümlədən, yüksək ixtisaslı hərbçilər müstəqilliyə cığırların açılmasında həlledici rol oynadı. Böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradan  ümummilli lider Moskvada çalışdığı illərdə də birbaşa və dolayısı ilə Vətənə hərtərəfli dəstəyini əsirgəmədi.

          
Sovet İttifaqının dağılmasına hələ 1 il qalanda – 1990-cı ildə ilkin olaraq ulu öndər Heydər Əliyev Naxçıvanda  “sovetlər”in üstündən  birdəfəlik xətt çəkdi və  Azərbaycanın üçrəngli bayrağını yenidən dalğalandıran şəxsiyyət kimi tarixə növbəti zəfərini həkk etdi. Heydər Əliyevin böyüklüyü onda idi ki, əsrlər boyunca həsrətində olduğumuz, yalnız 23-cə ay daddığımız müstəqilliyimizə yiyə çıxdı, bayrağımızın endirilməsi cəhdlərinə sipər çəkdi, millətinin çətin günlərində, fövqəladə məqamlarda milyonlarla soydaşının güvənc yeri oldu. Ümummilli lider hələ 20-ci əsrin sonunda Azərbaycanda reallaşdırılmasına başlanan Əfqanıstan, Misir, Livan, İraq və Suriya ssenarilərini yarımçıq qoydu. Daim soykökümüzə, milli-mənəvi dəyərlərimizə   sadiqlik nümayiş etdirən və bağrının başında Vətən bayrağını vüqarla dalğalandıran ulu öndər qısa müddətdə dövləti, dövlət strukturları və qurumlarını yenidən hörmətə mindirdi, növbəti quruculuq salnaməsinə təkan verdi. Erməni dığalarını işğal altında olan müqəddəs torpaqlarımızın bir hissəsindən geri oturdan Heydər Əliyev Azərbaycan insanın qüdrətini, doğma Vətənini qorumaq iqtidarında olduğunu faktiki sübuta yetirdi, eləcə də, müvəqqəti sülhün qaçılmazlığını və Minsk Qrupunun yaradılması ilə münaqişənin qıfılının ən azı 3 açarının olduğunu, ikili standartların müasir zamanda şahə qalxdığını açıq-aydın şəkildə sübuta yetirdi.

        
Sovet dövründə olduğu kimi müstəqillik illərində də ulu öndər döşünə döyən iqtisadçılara belə dərs demək iqtidarına yetişdiyini yenidən sərgilədi.  Ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. 1993-cü ildə ağlasığmaz həddə yüksələn inflyasiyanın, böhranlar silsiləsinin öhdəsindən yəqinki yalnız Heydər Əliyev kimi siyasət nəhəngi, təkrarolunmaz strateq və şəksiz lider gələ bilərdi. Xəzəri sülh və əmin-amanlıq dənizinə çevirməklə regional inkişafa, dünya iqtisadiiyyatına inteqrasiyaya təkan verən ümummilli lider tez bir zamanda  Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, xalqımızın güzaranının yaxşılaşmasına nail oldu. Taleyüklü vəzifələrin öhdəsindən layiqincə gələn ulu öndər Azərbaycanı demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yoluna köklədi.

       
Heydər Əliyevin ayağı sayalı idi, yenidən qədəmlərini basmağı ilə Azərbaycana əmin-amanlıq, xeyir-bərəkət gətirdi, ölkəmizi nəhəng quruculuq meydanına çevirdi. Hər kəsin qüdrəti deyil ki, dediklərinin hamısı həqiqətə və müdrik kəlama çevrilə, aksiom şəklində formalaşdırdığı siyasət düsturu hər an millətinin karına gələ. Dərinliyi, bitkinliyi, tükənməzliyi, müdrikliyi, fəlsəfi çəkisi ilə muğamatımızı andıran nitqi ilə millətini ümdə amallara kökləyən və daim bəşəri dəyərlərə hörmətlə yanaşan bu azman şəxsiyyəti kimsə unutmur, nəinki, xalqımız, əzizləri, o cümlədən, qismətinə  onunla cəmi bir və ya bir neçə dəfə görüşmək imkanı düşən say-seçmə əcnəbi diplomatlar, görkəmli şəxsiyyyətlər. Dünyanın döşünə döyən xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirən Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarı ilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm və ardıcıl addımlardır. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu. Bu danılmaz həqiqətdir ki, çoxları ondan həyat, mənəviyyat və siyasət dərsi alıb. Həmin baxımdan ən qəribəsi odur ki, Heydər Əliyevin Vətən və bəşəriyyət qarşısında müstəsna xidmətlərini bütün çalarları və dolğunluğu ilə çatdırmaqda SÖZ belə “söz”süz qalır!!! Artıq siyasət etalonunda Heydər Əliyevin də mühüm payı olduğunu nəinki görkəmli şəxsiyyətlər, hətta, barmaqlarını qatlamaqla beşəcən güclə sayanlar da əzbər bilirlər.

     
Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadır, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.


Əməkdar jurnalist  Azad Müzəffərli

 

P.S: Bu esse-portret  Azərbaycan televiziya məkanında ardıcıl olaraq 25 ildir ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətini işıqlandıran telejurnalistin uzunmüddətli müşahidə, təəssürat, şəxsi qənaət və duyğularından yoğrulub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20