Modern.az

Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq

Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq

12 Dekabr 2018, 15:02

13 dekabrda Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək.

Modern.az-ın məlumatına görə, tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 31 rəhbər vəzifəni icra edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir.

Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əməkhaqqını alacaqlar.

Xəlifələr həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdıracaq, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər