Arxiv
12 Dekabr 2018, 15:40 | İQTİSADİYYAT
Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.

Bəs həmin şəxslər vergi ödənişlərini necə hesablamalıdır?

Modern.az-ın məlumatına görə, muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən edilir.

Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10 manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidir. Fəaliyyət növləri üzrə sabit verginin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar da dəyişməz qalır.

Cədvəldə göstərilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

* Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

* Gəncə, Sumqayıt və Xırdalan

şəhərlərində - 1,5;

* Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

* digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir. Bunun üçün həmin şəxslər hər şeydən əvvəl Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalıdır. Həmin şəxslər «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Hesablanmış vergini dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara «Sabit verginin ödənilməsi haqqında qəbz» verilir. Qəbzin forması aşağıdakı məlumatları əks etdirir:

* vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;

* vergi ödəyicisinin VÖEN-i;

* qəbzin qüvvədə olma müddəti;

* fəaliyyətin həyata keçirildiyi ərazi;

* ödənilmiş verginin məbləği;

* fəaliyyət növünün adı.

«Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» vergi ödəyicisində saxlanılır. Həmin fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların qəbzinin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir. Həmin şəxslər yuxarıdakı cədvəldə göstərilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda «Sabit verginin ödənilməsi haqqında qəbz»i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Vergi öhdəliklərini «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Dəyişikliklərdən sonra ayrı-ayrı rayonlarda fəaliyyət göstərən sabit vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinin hesablanması qaydasına dair nümunəni təqdim edirik. Nümunə olaraq, bərbərlər üçün vergilərin hesablanması bu qaydada aparılacaq:

Bakı şəhərində: 20 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 40 manat.

Gəncə şəhərində: 20 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 30 manat.

Abşeron rayonunun Masazır qəsəbəsində: 20 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 20 manat.

Bərdə rayonunun Xanərəb kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 10 manat.

Lənkəran şəhərində: 20 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr) = 20 manat.

Yeri gəlmişkən, bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» alırlar və heç bir hesabat təqdim etmirlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46 Kümçülür bugünədək 499,28 ton yaş barama təhvil veriblər 15 İyun 2019, 13:14 Sabahın havası – 38 dərəcə isti olacaq 15 İyun 2019, 13:13 Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edir 15 İyun 2019, 12:43 Gəncədə oğurluq edənlər saxlanıldı 15 İyun 2019, 12:20 Əbülfəz Elçibəyin həyat yoldaşı dəfn edildi 15 İyun 2019, 12:06