Modern.az

Mnatsakanyanı nə Pompeo, nə də Stoltenberq qəbul edib

Mnatsakanyanı nə Pompeo, nə də Stoltenberq qəbul edib

Aktual

12 Dekabr 2018, 19:28

Ermənistanın “Qraparak” qəzeti ölkənin xarici siyasətini sərt tənqid edib.

Qəzet Xarici İşlər Nazirliyinin Zöhrab Mnatsakanyanın görüşləri barədə yetərli məlumat vermədiyini və bəzi məqamları gizlətdiyini bildirib.

 

“XİN-in saytında informasiya var ki, dekabrın 4-də NATO Baş Qərargahında nazir Zöhrab Mnatsakanyan NATO baş katibinin müavini Rouz Qotmüllerlə görüşüb. Maraqlısı odur ki, sayt nazirin NATO baş katibi Yens Stoltenberqin qəbuluna düşmək üçün hər şeyi etdiyini, amma baş katibin onu qəbul etmədiyini yazmır.

 

Saytda, həmçinin 6 dekabrda Milanda ATƏT xarici işlər nazirlərinin görüşü zamanı Mnatsakanyanın ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Aaron Ves Miçellə görüşdüyü haqqında məlumat yayılıb. Amma nədənsə Mnatsakanyanın 4 dekabrda ABŞ dövlət katibi Mayk Pompeo ilə Brüsseldə görüşmək üçün hər şeyi etdiyini, lakin heç bir uğur əldə edə bilmədiyini yazmır”, – deyə qəzet bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür