Modern.az

İndoneziya səfiri: “Qarabağ Azərbaycanındır”

İndoneziya səfiri: “Qarabağ Azərbaycanındır”

12 Dekabr 2018, 19:30

“İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tam dəstəkləyir”. 

 

Modern.az xəbər verir ki, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib. Səfir bildirib ki, Azərbaycan dövləti və Azərbaycan torpaqları yalnız onun xalqına məxsusdur.

 

“İndoneziya konstitusiyasında “Azadlıq hər bir xalqa məxsusdur. Dünya üzərində işğalçılıq sistemi ləğv olunmadır” deyə qeyd olunub.

 

İndoneziya Azərbaycan torpaqlarının bütövlüyünü dəstəkləyir. Və qeyd edirik ki, Qarabağ Azərbaycanındır və Azərbaycan xalqınındır. Ermənistan Azərbaycana qarşı işğalçılığa son qoymalıdır. Azərbaycan xalqı bu işğalçığa qarşı çıxacaq və bütün torpaqlar azad olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı