Modern.az

Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?

Qarabağ separatçılarının hərbi rəhbərliyi istefaya göndərilib?

13 Dekabr 2018, 11:11

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası"nda bir sıra istefaların baş verməsi barədə xəbər yayılıb.

 

Modern.az Ermənistanın “Qrapark” qəzetinə istinadən xəbər verir ki, “DQR-in müdafiə naziri” Levon Mnatsakanyan postunda qovularaq Karen Abraamyanla əvəzlənib. Eyni zamanda, separatçıların "lideri" Bako Saakyanın “müşaviri” Arşavir Qaramyan və “Qarabağın Təhlükəsizlik Şurasının baş katibi” Vitali Balasanyan da istefaya göndərilənlər arasındadır.

 

Yaxin saatlarda məsələ ilə bağlı rəsmi açıqlamaların verilməsi gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır