Modern.az

BP və tərəfdaşları Azərbaycana 72 milyard dollardan çox pul qoyub

BP və tərəfdaşları Azərbaycana 72 milyard dollardan çox pul qoyub

Aktual

13 Dekabr 2018, 13:41

BP və tərəfdaşları indiyədək Azərbaycandakı layihələrə 72 milyard dollardan çox sərmayə yatırıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“BP şirkəti 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir.

 

Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə 72 milyard dollardan çox sərmayə qoyub, on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini (yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, idman potensialı və ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlmiş) həyata keçirməklə yerli icmalara töhfələr verib.

 

Azərbaycanda BP şirkətində 2 min 550 nəfərdən çox ölkə vətəndaşı işləyir və bu da, şirkətin ixtisaslaşmış heyətinin 90 faizini təşkil edir” - deyə məlumatda bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?