Modern.az

Ahıl yaşda kişiyə qohumunun böyrəyi köçürülüb

Ahıl yaşda kişiyə qohumunun böyrəyi köçürülüb

13 Dekabr 2018, 14:11

Növbəti uğurlu böyrək transplantasiyası əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan tərəfindən həyata keçirilib.

 

Modern.az-ın məlumatına görə, klinikaya ağır vəziyyətdə daxil olan xəstəyə qohumunun böyrəyi köçürülüb.

 

Pasiyentin çox sayda şikayətlərinin mövcudluğunu nəzərə alaraq, əməliyyat həyat göstəricilərinə görə aparılıb. Belə ki, xroniki böyrək çatışmazlığı ilə yanaşı, xəstə ürəyin işemik xəstəliyindən də əziyyət çəkib.

 

Şöbə müdiri Rəşad Şolanın rəhbərliyi altında cərrahlar və nefroloqlar qrupunun zəruri hazırlığından sonra həyata keçirilən əməliyyat uğurla başa çatıb və ahıl yaşında kişi həyata qaytarılıb.

 

Əməliyyatın mürəkkəbliyi pasiyentin yaş göstəricisinə və yanaşı mövcud ürək-damar sisteminin xəstəliklərinə bağlı olub.

 

Rəşad Şolanın sözlərinə görə, xəstə əməliyyata qədərki hemodializ seanslarını çox ağır keçirib: "Çoxprofilli mərkəzimizin imkanlarından istifadə edərək konsiliumdan sonra biz böyrəkköçürmə əməliyyatının təcili icra edilməsinə qərar verdik. Və bu böyrək transplantasiyası da uğurla yekunlaşdı! Hazırda yaxşı vəziyyətdə olan resipiyent və donor bu sevinci artıq evlərində yaşayırlar!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı