Modern.az

Lavrov Bakıda Qarabağı müzakirə edəcək  

Lavrov Bakıda Qarabağı müzakirə edəcək   

13 Dekabr 2018, 16:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dekabrın 13-dən 14-dək Azərbaycan paytaxtında səfərdə olacaq. Bu barədə Rusiya XİN-in İnformasiya və Nəşriyyat Departamentinin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatda rusiyalı nazirin ikitərəfli qarşılıqlı fəaliyyətin mühüm aspektlərinin, gündəlikdə duran regional və beynəlxalq məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcəyi qeyd olunur.

Rusiya XİN-in məlumatında daha sonra deyilir: “Rusiya və Azərbaycan arasında bərabərhüquqlu, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ticarət-iqtisadi və regionlararası əməkdaşlıq sürətlə inkişaf edir. Bizə miras qalmış ortaq dil, təhsil və mədəniyyət məkanının inkişafına əsaslanan humanitar sahə Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsi olaraq qalır”.

Xarici siyasət idarəsi vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır.

Məlumatın sonunda qeyd olunur: “Qarşıdakı görüşlər ölkələrimizin maraqları naminə Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqunun inkişafına yönəlmiş xəttin davamıdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?