Arxiv
13 Dekabr 2018, 16:28 | AKTUAL
XİN sabahkı beynəlxalq tədbirlə bağlı məlumat yaydı

Dekabrın 14-də  ölkəmizin sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək. İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcəklər.

Bu barədə Modern.az-a Xarici Işlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir.

 

“Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

 

Sədrliyimiz dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat və informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu ilin 25 oktyabr və 4 dekabr tarixlərində keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin, 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb”-deyə XİN- bildirib.

 

Qeyd olunanlardan əlavə, Azərbaycanın sədrliyi zamanı “QDİƏT regionunda regional ticarətin asanlaşdırılması üzrə Strategiya” və “QDİƏT-in bir pəncərə əməkdaşlığı üçün Çərçivə” sənədlərinin layihələri üzərində işin başa çatdırılması məqsədilə müvafiq müzakirələr davam etdirilib.

 

Sözügedən sənədlər regionda artan rəqabət qabiliyyətinə, eləcə də QDİƏT məkanında ölkələrin rifahı naminə ticarətin asanlaşdırılması prosesinə yeni təkan verilməsi məsələlərini özündə ehtiva edir.

 

QDİƏT-ə sədrlik ölkəmizdən sonra Bolqarıstana keçəcək.

 

Məlum olduğu kimi, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci ilin 25 iyun tarixində İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hal-hazırda təşkilatın 12 üzvü var:

 

Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə, 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55