Modern.az

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib

Putin Rusiyanın prezidenti olmaq istəmədiyini etiraf edib

13 Dekabr 2018, 17:20

Rusiya prezidenti Vladimir Putin “Proektoriya” gənclər forumunda çıxış zamanı prezident olmaq fikrində olmadığını deyib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sələfi Boris Yeltsin ona ilk dəfə prezidentliyə namizəd olmaq barədə təklif verən zaman buna etiraz etdiyini əlavə edib.

 

“Rusiyanın ilk prezidenti Boris Nikolayeviç Yeltsin məni yanına çağırıb mənim baş nazirliyə namizədliyimi irəli sürəcəyini, sonra isə prezident seçkilərinə qatılacağımı deyən zaman bu təklifə “yox” cavabı vermişdim”.

Putin Yeltsinin bu cavaba təəccübləndiyini və sonradan götür-qoy edərək təklifi qəbul etməsindən danışıb.  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir