Modern.az

Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi

Xələf Xələfov nazir müavini vəzifəsindən azad edildi

13 Dekabr 2018, 18:51

Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. 

 

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Xələf Alı oğlu Xələfov 1959 –cu il sentyabrın 21-də Ermənistanda anadan olub.

1977-1982 – ci illərdə Kiyev Dövlət Universitetində təhsil alıb.

1983-1990 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində bölmə rəisi işləyib.  1990-1991 – ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasında oxuyub.

1991-1992 – ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi, 1992 –ci ildə Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq idarəsinin rəisi vəzifəsini icra edən, 1992-1997 – ci illərdə Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi vəzifələrində çalışıb.

1997-ci ildən indiyə kimi xarici işlər nazirinin müavini idi.

Alman, rus dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi