Modern.az

Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi - TƏRCÜMEYİ-HAL

Xələf Xələfov Nazirlər Kabinetinin Aparat rəhbəri təyin edildi - TƏRCÜMEYİ-HAL

Ölkə

13 Dekabr 2018, 20:11

Bu gün xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Xələf Xələfov yeni vəzifəyə təyinat alıb. Modern.az saytı xəbər verir ki, Xələf Xələfov Nazirlər Kabinetində Aparat rəhbəri vəzifəsinə aparılıb.

 

Baş Nazir Novruz Məmmədovun bununla bağlı dekabrın 13-də müvafiq sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.

 

Xələf Alı oğlu Xələfov 1959 –cu il sentyabrın 21-də Ermənistanda anadan olub.

1977-1982 – ci illərdə Kiyev Dövlət Universitetində təhsil alıb.

1983-1990 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində bölmə rəisi işləyib.  1990-1991 – ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasında oxuyub.

1991-1992 – ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi, 1992 –ci ildə Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq idarəsinin rəisi vəzifəsini icra edən, 1992-1997 – ci illərdə Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi vəzifələrində çalışıb.

1997-ci ildən indiyə kimi xarici işlər nazirinin müavini idi.

Alman, rus dillərini bilir.

Evlidir. İki övlad atasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı