Arxiv
14 Dekabr 2018, 08:14 | MƏDƏNİYYƏT
Fikrət Qocanın ABŞ-da yaşayan Günay qızı...

Gör nə şıltaqdır Günayım,
Tez küsər, tez də barışar
Gah bir nəğməyə dönər o,
Bəzən od olar, alışar...


Qəribədir, çoxları Amerika Birləşmiş Ştatlarını yaşamaq üçün ən münasib ölkə hesab edir. Hətta bəziləri elə bilir ki, bu ölkə, bəxtəvərlər ölkəsidir. Necə deyərlər, hamı yağın-balın içində yaşayır. Hər şey asanlıqla başa gəlir. Əsl həqiqətdə isə vəhşi kapitalizmin sərt qayda və qanunlarının tüğyan elədiyi bu məmləkətdə yaşamaq, uğur qazanmaq elə də asan deyil, çətindən çətindir...

Amerikanı gəzib-dolaşdıqca, burada yurd salan soydaşlarımızın hansı çətinliklərə sinə gərərək qazandıqları uğurları görəndə, adamın ürəyi dağa dönür və sevinirsən ki, Azərbaycanın övladları heç də aciz deyillər... 

O, uzun illərdir Azərbaycanda yaşamır, amma Azərbaycanla yaşayır…

İçində bir Azərbaycan var- cismi qürbətdə, ruhu vətəndədir…

Azərbaycanla bağlı nə varsa ona doğma, əziz, müqəddəsdir- canı candan ayırmaq olmur...

Evində hara baxsan, Azərbaycanı xatırladan nəsə görəcəksən- Azərbaycanla nəfəs alır...
O da, arzularının qanadlarında gəlib bu məmləkətə. Deyir ki, uşaq vaxtlarımda Allahdan diləyirdim ki, uzaq ölkələrdən birində evim olsun, yaşamağa da şərait. Sanki Allah məni eşitdi, arzum çin oldu...

Haqqında söhbət açdığım şəxs ötən əsrin yetmiş- səksəninci illərində adı mahnı qanadaarında dillərə qonan, “Günayım” mahnısının qəhrəmanı Qocayeva Günay Fikrət qızıdır. Bu mahnı üç böyük sənətkarın - bəstəkar Ramiz Mirişli, xalq şairi Fikrət Qoca və xalq artisti Flora Kərimovanın müştərək məhsulu olduğundan dillər əzbəri olub.

O, 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra BDU-nun şərqşünaslıq fakultəsinə qəbul olunub. 1998-ci ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdürəsi vəzifələrində çalışıb.
2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. Ailəlidir, Pərviz adında oğlu var...

Artıq on dörd ildir ki, burada yaşayır. Həyat yoldaşı Corc milliyətcə ingilis olsa da, İslam dinini qəbul eləyib, azdan-çoxdan Azərbaycanca danışa bilir. Deyir ki, İslamı əvvəlcə Günaya olan məhəbbətindən qəbul etsə də, sonradan kamil din olduğunu dərk edərək sevib…

İngilislər evində qonaq qəbul etməyi, qonaqlıq verməyi xoşlasalar da, qonağın evdə qalmasını elə də xoşlamırlar. Uzaqdan gələn qonaq hökmən mehmanxanada yerləşməlidir. Dörd gün Günay xanımgildə qonaq olduq. Corc bizə əsl Azərbaycan qonaqpərvərliyi göstərdi və gəlişimizdən məmnun olduğunu daima hiss etdik. Avtomobili ilə bizi ştatın baş şəhəri İndianapolisin gəzməli-görməli yerlərinə aparır, nəvazişini əsirgəmirdi....

Günay xanım evdə yemək bişirməyi çox xoşlayır. Böyük mətbəxində ərsəyə gətirdiyi milli xörəklərimizdən təam edərkən adama elə gəlirdi ki, sanki uzaq Amerikada yox, doğma Azərbaycandadır...

Rus, Azərbaycan, Türk dillərini mükəmməl bildiyindən Amerikaya yenicə gəldiyi vaxtlarda tərcüməçi işləyib. Bu ölkəyə pənah gətirən Axska türklərinin sənədləşmə işlərinə tərcüməçi kimi təmənnasız yardımçı olub. Sonradan fotostudiya yaradaraq orada çalışıb…

Musiqini çox sevir. Atasının sözlərinə ondan çox mahnı bəstələyib. Mahnıların hamısı Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar kitabında yer alıb. İndiananın tanınmış aranjimançılarından biri ilə xalq şairinin sözlərinə bəstələnən “Çıx get” mahnısının üzərində yenidən işləyərək fərqli üslubda bir mahnı ərsəyə gətirib, dinləyib çox xoş olduq. Bu işi davam etdirməyi, yeni mahnılar üzərində işləməyi planlaşdırır. Üstəlik atasının müxtəlif illərdə nəşr olunan şeir kitablarını ingiliscəyə çevirib ictimaiyyətə təqdim etməyi düşünür...

İndianapolis şəhərində azərbaycanlılar elə də çox deyillər. Amma buna baxmayaraq tez-tez ünsiyyətdə olur, biri-birini arayıb axtarırlar. İndiana Universitetinə təhsil almağa gələn tələbələrə ana-bacı nəvazişi göstərir, Günay xanım. Əl tutur, yardım edir. Milli bayramlarımızı yığışıb birlikdə keçirirlər. Paxlava, şəkərbura, qoğalı da öz yerində...

Evləri göl qırağında olduğundan bura köçəri quşlar tez-tez gəlir. Bir də görürsən ki, Günay xanım əlində çörək qazları, ördəkləri yemləyir. Quşlar vəhşi olsalar da qorxmadan yaxınlaşır, onu dövrəyə alırlar...

Xanım-xatun qadındı. Davranışında, ən adi hərəkətlərində belə əsl xanımlara xas olan əlamətləri görməyə bilmirsən...

Çox kövrək, duyğusal insandı Günay xanım. Bir həzin musiqidən, bir qəmli xəbərdən kövrələ bilir. Azərbaycanda gedən bütün prosesləri izləyir, baş verən hadisələrlə maraqlanır...

ABŞ-da demək olar ki, qocalı-cavanlı qadınların hamısı şəxsi avtomobillə hərəkətdə olurlar. İmkanı ola-ola niyə avtomobil almadığını soruşanda 2009-cu ildə Azərbaycanda olarkən başına gələn avtomobil qəzasından danışdı. Demə, rayonlardan birindən anası, oğlu ilə birlikdə geriyə- Bakıya dönərkən sürücünü sükan arxasında yuxu tutub, maşın yoldan çıxaraq səddə dəyib. Qəzada hamı yaralanıb, lap çox zədə alan da Günay xanım olub. Odur-budur avtomobil sürməyə ürək eləmir…

Oğlu Pərvizin iyirmi yaşı var. İngilis dilində təhsil alsa, ingilislərin arasında araya-ərsəyə gəlsə bu gənc zabitin də nə danışığında, nə də hərəkətlərində hiss etməzsən ki, Azərbaycandan kənarda böyüyüb. Mədəni davranışı, şux zarafatları ilə könül oxşayır, ünsiyyət yaradır hər kəslə. Bütün gənclər kimi arzuları böyükdür. İnanırıq ki, əzm və möhkəm iradə ilə vəhşi kapitalizmin çətinliklərinə sinə gərərək Pərviz böyük uğurlara nail olacaq...

Çox qonaqpərvərdi, Günay xanım. Biz İndianapolisi tərk edib Bluqminton şəhərinə getməli idik. Ayrılmaq zamanı çatanda, o da bizimlə həyat yoldaşının avtomobilinə əyləşərək İndianapolisdən Bluqminton şəhərində yerləşəcəyimiz evə qədər bizi müşayət elədi. Sağollaşanda qəhərini boğa bilmədi, gözləri yaşardı…

İndiana ştatının İndianapolis şəhərində, göl qırağında bir ev var- Günay Fikrətqızının evi. Sanki o göl balaca Xəzər, o ev isə balaca Azərbaycandır...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03