Modern.az

Səbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNAT  

Səbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNAT   

14 Dekabr 2018, 08:51

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abit Əliyev vəzifəsindən azad edilib.


Modern.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı RİH başçısı Vüqar Zeynalovmüvafiq əmr imzalayıb.

V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxəmmədov təyin olunub.

O, bundan öncə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.


Qeyd edək ki, Abit Əliyev  Vüqar Zeynalov icra başçısı təyin edilənədək İcra Hakimiyyəti rəhbərini əvəz edirdi. O, 2016-cı ildən bu vəzifəyə gətirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi