Modern.az

Dünyada 30 yaşdan cavan deputatların sayı artıb  

Dünyada 30 yaşdan cavan deputatların sayı artıb   

14 Dekabr 2018, 10:08

Dünyada 30 yaşdan cavan deputatların sayı son iki ildə 1.9 faizdən 2.2 faizə qədər artıb. Modern.az saytının məlumatına görə, bu haqda Parlamentlərarası İttifaqın Milli Parlamentlərdə Gənclərin Təmsilçiliyinə dair hazırladığı hesabatında bildirilib. Bu artıma baxmayaraq dünya əhalisinin 30 yaşdan yuxarı olan hissəsi ilə müqayisədə parlamentarilərin sayında kəskin azlıq müşahidə olunur.

Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə olunur, siyahıda Amerika ikinci yerdə qərarlaşır.

Parlamentlərarası İttifaqın 150 ölkənin 200-dən artıq parlament palatası tərəfindən aparılan sorğuya əsaslanaraq hazırladığı hesabatda göstərilir ki, dünyanın parlanmentlərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 fazidən azdır. Parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat ümumiyyətlə yoxdur. 40 yaşından aşağı deputatların da sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub.

45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə 28.1 faiz təşkil edib.

Hesabatda göstərilib ki, bütün yaş qruplarında, lakin müxtəlif dərəcələrdə kişi deputatların sayı qadınlardan çoxdur.

41-50 yaş qrupunda kişilər qadınlardan təxminən 3 dəfə çoxdur. 61-70 yaş qruplarında isə bu rəqəm 5 dəfəyə yaxınlaşır. Aşağı yaş qrupunda (31-40 və 21-30) kişi deputatların sayı qadınlardan iki dəfə çoxdur. Qeyd edək ki, hesabat gənc Parlamentarilərin dekabrın 14-15-də Bakıda keçiriləcək 5-ci Qolobal Konfransında açıqlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir