Modern.az

Mənşəyi bəlli olmayan 170 kiloqram ət müsadirə olundu

Mənşəyi bəlli olmayan 170 kiloqram ət müsadirə olundu

Aktual

14 Dekabr 2018, 12:12

 

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, növbəti belə tədbir dekabrın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Ağcabədi rayonu ərazisində keçirilib.  

 

Rayonun Avşar kənd sakini Məzahir Rüstəmova məxsus həyətyanı sahəyə baxış zamanı oradan mənşəyi məlum olmayan və natəmiz vəziyyətdə saxlanılan çəkisi 170 kiloqram ət məhsulu aşkar edilib.

 

Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!