Arxiv
14 Dekabr 2018, 13:33 | İQTİSADİYYAT
Bakının baş planının 1-ci mərhələsi yekunlaşdı - 4 prioritet istiqamət seçildi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işini davam etdirir.

 

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, əvvəlcədən də xəbər verildiyi kimi, iki mərhələdən ibarət olan bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edib:


“Artıq işin birinci mərhələsi uğurla yekunlaşdırılıb, ikinci mərhələyə başlamaq və şəhərsalma sahəsində beynəlxalq səviyyədə təcrübəsi olan şirkəti işə cəlb etmək məqsədi ilə açıq tender elan edilib.

Birinci mərhələdə, ötən illər ərzində hazırlanmış “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri “Boston Consulting Group” şirkəti ilə birgə təhlil edildi. Məlum oldu ki, həmin şəhərsalma sənədlərinin hazırlanması zamanı bir çox zəruri olan məlumatların toplanması, onların aktuallığının yoxlanılması mümkün olmamışdır, həmin planların torpaq kadastrına bağlantısı təmin edilməmişdir və bir çox məsələlərdə qeyri-dəqiqliyə yol verilmişdir. Bununla belə, həmin sənədlərin bir hissəsinin Bakının baş planının hazırlanmasında istifadə olunması mümkün olduğu müəyyənləşdirilib.

Eyni zamanda, birinci mərhələdə paytaxtın inkişaf istiqamətləri ilə bağlı aidiyyəti icra hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yerli ekspertlərin və şəhər sakinlərinin (sosial sorğu vasitəsilə) mövqeyi öyrənilib, beynəlxalq təcrübəyə və bu sahədə müasir tendensiyalara əsaslanaraq Bakının gələcək inkişafına dair konseptual yanaşma formalaşdırılıb.

Beynəlxalq təcrübə təhlil edilərkən dünyanın müxtəlif şəhərlərinin (London, Toronto, Vyana, Dubay, Kopenhagen, Paris, Praqa, Doha, Moskva və s.) şəhərsalma və zonalaşma təcrübəsi öyrənildi, müsbət və mənfi cəhətləri araşdırılıb”.

Rəsmi məlumata görə, hazırlanmış konsepsiya çərçivəsində Bakı şəhərinin inkişafının dörd prioritet istiqaməti müəyyənləşdirilib:

1) Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;

2) Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;

3) Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;

4) Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.


Bununla yanaşı, Abşeron yarımadasının inkişafı kontekstində Bakı şəhərinin inkişafına dair aşağıdakı əsas tələblər müəyyənləşdirilib:

* mühəndis-kommunikasiya təminatının, yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;

* ictimai məkanların kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması;

* ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması;

* əhalinin məşğulluq imkanlarının artırılması;

* Bakı qəsəbələrinin sosial-iqtisadi rolunun və onların özünü təmin etmə qabiliyyətinin artırılması.


“Baş plan yuxarıda qeyd olunan konseptual prioritetlərin şəhərsalma nöqteyi nəzərindən diqqət mərkəzində saxlayan, ərazi planlaşdırılması həllərini təqdim edən, tikintiyə və şəhər infrastrukturunun inkişafına dair tələbləri müəyyənləşdirən əsas strateji sənəddir. Eyni zamanda, müasir şəraitdə Baş planın daha bir olduqca əhəmiyyətli rolu şəhər idarəedilməsi sahəsində dövlətin bizneslə və investorlarla dialoqun qurulmasındadır.

Birinci mərhələdə görülmüş işlər əsasında Komitə Boston Konsaltinq Qrup şirkəti ilə birgə beynəlxalq səviyyədə tanınmış şəhərsalma şirkətinin açıq tender vasitəsilə seçilməsi üçün müvafiq layihə tapşırığı hazırladı. İştirakçılar tərəfindən təqdim olunacaq tender təkliflərinin hərtərəfli dəyərləndirilməsi məqsədi ilə Komitənin əməkdaşları ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Bakı Nəqliyyat Agentliyi) nümayəndələri, Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərləri dəvət olunaraq Tender Komissiyası yaradıldı. Tender elanı milli mətbuatda, Komitənin www.arxkom.gov.az internet səhifəsndə, www.tender.gov.az portalında yerləşdirilməklə yanaşı, həmçinin qlobal memarlıq və şəhərsalma şəbəkələri vasitəsilə yayılacaq.

Tenderin qalibi Komitənin və Boston Konsaltinq Qrup şirkətinin dəstəyi ilə Bakı şəhərinin baş planının hazırlanması işinin ikinci mərhələsini reallaşdıracaq”,-deyə Komitə bəyan edib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42 Deputat: “XVIII Zirvə Görüşü ölkəmizə mühüm dividentlər gətirəcək”   23 Oktyabr 2019, 17:34 Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub” 23 Oktyabr 2019, 17:22