Modern.az

Fəhlə qum dolu maşının altında qaldı

Fəhlə qum dolu maşının altında qaldı

Aktual

15 Dekabr 2018, 23:53

Qazax rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində aparılan tikinti işləri zamanı qeydə alınıb.

 

Belə ki, içərisi qumla dolu yük avtomobilinə istiqamət göstərən Musa İbrahim oğlu Nəbiyev beton plitənin çökməsi səbəbindən quyuya düşüb. Bu zaman yük maşını da aşaraq qumu onun üzərinə töküb. Nəticədə M.Nəbiyev hadisə yerində ölüb.

 

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir