Arxiv
16 Dekabr 2018, 11:41 | MƏDƏNİYYƏT
Sehirli barmaqların ABŞ möcüzəsi  

Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir…

Onunla heç vaxt söhbətimiz olmayıb- amma barmaqlarının yaratdığı səs həmişə qulaqlarımdadır..
Do, re, mi, fa, sol, lya, si- ilk baxışdan adi görünən bu sıralama səsə çevriləndə ilahi möcüzə yaradır...
Bu möcüzəyə musiqi deyirlər- səsləndisə insan pərvazlanan ruhunu öz vücudunda saxlaya bilmir…
Yaxşı musiqi sərhəd tanımır- hansı irqə məxsus olmasından, hansı dildə düşünməsindən asılı olmayaraq insanı vəcdə gətirir…

Yeməkxanada əyləşib nahar etməyə hazırlaşırdım. Telefonumu əlimə götürüb, "YouTube"də Ənvər Sadıqovun "Təəssürat" adlı konsertinin videosunu seçdim. Düyməni basıb videonu hərəkətə gətirdim. Qulaqcıqdan istifadə etməyi xoşlamadığımdan ecazkar musiqi sədası altında qarşımda olan təamlardan dadmağa başladım. Yaxınlıqdakı masada 7-8 gənc amerikalı əyləşmişdi. Gənclər deyib gülə-gülə nahar edirdilər. Birdən həmin masaya qəribə bir sükut çökdü. Hiss etdim ki, onlar musiqiyə diqqət kəsiliblər. Bir qədər sonra gənclərdən biri mənə yaxınlaşıb xahiş etdi ki, telefonun səsini ucaldım. Səsin zəif olduğunu görüb, başqa birisi bel çantasından çox da böyük olmayan səsgücləndiricini çıxarıb, telefonu "Bluetooth" vasitəsi ilə ona qoşmağı xahiş etdi. Və musiqi sədaları yeməkxananın salonuna yayıldı…

Hamı Ənvərin barmaqlarının yaratdığı səsin sehrinə düşmüşdü...

Arada məndən soruşdular ki, bu hansı ölkənin musiqisidir, ifaçı kimdir?

Birtəhər anlatdım ki, Azərbaycan adlı keçmiş sovet ölkələrindən birinin musiqisidir, ifaçı da Ənvər Sadıqovdur…
Sən demə, həmin gənclər Miçiqan Dövlət Universitetinin musiqi fakultəsinin tələbələri imiş. 1 saat 45 dəqiqəlik konserti böyük həvəslə dinləyib, sonda hamısı, yəni yeməkxananın həmin hissəsində olan 20-30 adam ayağa qalxaraq, ölkəmizin adını yarıdüz, yarısəhv- "Long live Azerbaijan!"- deyə, alqışlamağa başladılar...
Kaş o mənzərəni görəydiz, qürur hissi qəhərə dönüb necə boğazımda ilişib qalmışdı. Sevincdən gözlərim yaşarmışdı...

Amerkalıların Azərbaycan musiqisinə verdikləri bu dəyər və yaşadığım bu hadisə iki gün idi ki, məni rahat buraxmırdı. Ənvərə təşəkkürümü bildirmək, ona- var ol, qardaş, barmaqların var olsun!- deməyə tələsirdim...
Nə yaxşı ki, belə sənətkarlarımız var, onlar öz ifaları ilə möcüzə yaradıb, Azərbaycan musiqisinin nə qədər gözəl olduğunu dünyaya çatdıra bilirlər...

Musiqisi gözəl olan xalqın mənəviyyatı da gözəldir...

Bəli, yaşasın, var olsun, Azərbaycan!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55