Modern.az

“Şərikli” atalar sözləri  

“Şərikli” atalar sözləri   

16 Dekabr 2018, 17:00

Azad Müzəffərli  

                                             (hekayə)

      “Şərq Tərəfdaşlığı” çərçivəsində Brüsseldə təşkil olunan növbəti tədbirə ədəbiyyatşünaslar qatılmışdılar. Mərasimə Cənubi Qafqaz ölkələri də dəvət olunmuşdu. Bu dəfəki müzakirələrin mövzusu atalar sözləri ilə bağlı idi. Tədbir sanballı alınsın deyə, Avropa İttifaqının maliyyə dəstəyi ilə hər bir ölkə öz atalar sözlərindən ibarət ingilis dilində kitab hazırlamışdı. Həmin kitablar bir neçə ay əvvəldən iştirakçılara paylanmışdı ki, müzakirələr daha dolğun keçsin.

       Toplantının başlanmasına xeyli vaxt qalsa da, qonaqlar mərasimin keçirildiyi məkana təşrif buyurmaqdaydılar. Özü də gələn-gələn erməni ədəbiyyatşünasların ətrafında cəmlənirdi. Qızgın deyişmələr ara vermirdi. Yaxınlaşan-yaxınlaşan dığaları “top atəşi”nə tuturdu. Ələxüsus da, ingilis, fransız, italyan, yunan, rus və digər millətlərin nümayəndələri lap özlərinə əl qatmışdılar, az qala yaxalarını cıralar. Hikkələrindən bəbəkləri ovuclarına düşməkdəydi.

-      Türklərin torpaqları ilə yanaşı milli-mənəvi dəyərlərinə də göz dikdiyiniz hamıya bəllidir. Di gəl, heç yatanda da yuxumuza girməzdi ki, sən demə,  bizlərin atalar sözlərinə də yiyə çıxmaq eşqinə düşmüsünüz. Bu, heç bir kitaba sığmır. Axı, bizim yazılı mənbələrimiz əsrlərin ənginliklərinə dirənir. Saxtakarlığın da həddi-hüdudu olar da?!    

         Erməni ola, nəyisə boynuna ala, hay-hay. Bunu onlardan gözləmək ən azı sadəlövhlükdür. Dədələri gəlsə də, haylar çırpışdırdıqlarını kimsəyə güzəştə getməzlər, etiraf onlarlıq deyil. “Ucsuz-bucaqsız Ermənistan”ın quş lələyi ilə qələmə aldıqları “tarix”inə istinad edərək bir vay-şüvən qoparacaqlar ki, tamaşasına dörd göz gərəkdi. Utanmaq, qızarmaq onlara yaddır.

       Əcnəbilər dəlil-sübut kimi əllərindəki kitabları ermənilərin gözlərinə soxsalar da, nə faydası. Dığalar yaxa ələ vermək fikrindən uzaqdılar, bir ucdan dır-dır üyüdürdülər. Birini eşidəndə, beşini döşəyirdilər. Əcnəbilər də az aşın duzu deyildilər, dillərinə-dilçəklərinə yazıqları gəlmirdi:

-      Dərd orasındadır ki, bizim atalar sözlərinin xeylisinin heç nöqtə-vergülünü də dəyişməmisiniz. Necə var öz dilinizə çevirərək dədə malı kimi özəlləşdirmisiniz. Barı, azacıq da olsa özünüzə əziyyət verib, bu atalar sözlərimizin də o biriləri kimi orasına-burasına əl gəzdirəydiniz də...

-      Biz etiraz edirik, bu qınaq qətiyyən bizlik deyil. Siz yanılırsınız, bizimkilər bu kəlamları atalarından necə eşidiblərsə, eynilə yazıya alıblar. Bir də ki, deyəsən unudursunuz ki, erməni əlifbası dünyada ən qədim əlifbadır. Buna nə sözünüz?!

         Həmin dəmdə türk ədəbiyyatşünasların səbri tükəndi, var gücləri ilə hayqırdılar:

-      Ay qurumsaqlar, sizin bu “kitabınız”dakı atalar sözlərinin çoxusu Türkiyə və Azərbaycan türklərinindir. Mümkündürmü, buradakıların hamısı haqsızdır, bircə siz aydan arı, sudan durusunuz?! Belə olmur, axı. Yəni bu qədər millət o günə qaldı ki, sizin atalar sözlərinə göz diksinlər. Görün, sizdən başqa hansısa bircəcik də olsun digər  millətə qarşı bu cür ittihamlar irəli sürülür?! Bir mənliyiniz olsun da...

-      Bütün dedikləriniz cəfəngiyyatdır, bizə şər atmayın, erməniləri heç cür gözünüz götürmür. Biz bu kitabdakılara başımızla cavabdehik, bunlar məhz bizim atalarımızın kəlamlarıdır, vəssalam. Gözünüzə su verin də, nə düşmüsünüz qabağa, görün,  heç Azərbaycan türklərinin cınqırları belə çıxırmı?!  Onlar sizdən fərqli olaraq həqiqətin gözünə dik baxırlar... Yaxşı, bunu qoyaq kənara... Ey bizim din qardaşlarımız, bu türk alimlərini bir təhər başa düşməyə çalışırıq, bizdən yanıqlıdırlar, bəs, siz niyə bizə düşmən kəsilmisiniz?!

    Bu yerdə deyiblər e, dəlidən doğru xəbər... Hamının sual dolu baxışları istər-istəməz Azərbaycandan olan ədəbiyyatşünaslara yönəldi. Onların bayaqdan ağızlarına su alıb matdım-matdım bu mənzərəni sadəcə seyr etmələri heç bir saglam məntiqə sığmırdı. Azərbaycanlıların başlarının hərəkəti ilə ermənilərin dediklərini təsdiqləmələri isə tədbir iştirakçılarında lap çaşqınlıq yaratdı, onların gözləri bərələ qaldı. Nəhayət, Azərbaycan türklərindən biri bu qeyri-müəyyənliyə son qoyaraq həmyerlilərinin qənaətini dilə gətirdi:

-      Bu yerdə biz deməyə bir söz tapmırıq... Belə ki, istər bu dığalar olsun, istərsə də onların dədə-babalarının əksəriyyəti türklərin, ingilislərin, fransızların, yunanların, italyanların, rusların, daha nə bilim kimlərin, kimlərin törəmələridirlər. Onların belindən dünyaya gəliblər də. Bunu bilməyən kimsə yoxdur. Daha bir danılmaz fakt... Sonluğuna “yan” şəkilçisini yamamalarına baxmayaraq bu dığaların soyadlarının kökü də çox şeydən xəbər verir. Bizi üzürlü sayın, mübahisə etdiyiniz məsələylə bağlı əlavə edəcəyimiz daha heç nə yoxdur...

         Bayaqdan cin atına minən əcnəbilərdən qəfil bir şırıqqa qopdu ki, gəl görəsən, az qala şappıltısı göyə dirənə. Hamı şad-xürrəm toplantıya yollandı, o cümlədən, dığalar da.                                                 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi