Arxiv
17 Dekabr 2018, 13:43 | QARABAĞ
Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”

Ermənistan əhalisinin sürətlə azalması barədə mətbuatda, cəmiyyətdə və ən yuxarı tribunalarda səslənən fikirlər dekabrın 9-da keçirilən parlament seçkilərində bir daha təsdiq olundu.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanda etiraf edirlər... Əgər seçki siyahılarında 2,573,579 seçici qeydiyyata alınmışdısa, “məxməri inqilab” eyforiyası fonunda seçki fəallığı 48,1% (1,260,840 nəfər) oldu.

İstirahət günü geniş təbliğat-təşviqat kampaniyası fonunda seçici fəallığının bu qədər aşağı olması ilə bağlı seçkilərdə qələbə qazanmış Nikol Paşinyanın “Mənim addımım” bloku və hökumət üzvləri müxtəlif bəhanələr gətirməyə başladı. Amma bu arqumentlərin heç biri Ermənistanda seçici siyahısı ilə ölkədəki real əhalinin sayı arasındakı 500-800 min nəfərlik nəhəng boşluğu doldura bilməzdi.

 

Təkcə onu demək lazımdır ki, Rusiya Federal Miqrasiya Xidməti 2018-ci ilin 1 yanvarı üçün 562 min Ermənistan vətəndaşının miqrasiya uçotunda durduğunu açıqlamışdı. Rəsmi statistika Ermənistanda 2,967 min nəfər daimi əhalinin yaşadığını göstərsə də, bu şişirdilmiş rəqəmlər hələ Koçaryan və Sarkisyan rejimləri dövründə xüsusi sxem əsasında hazırlanıb. Məqsəd, ölkə əhalisini panikaya salmamaq, dünyaya ölkənin dayanıqlı inkişafını göstərmək üçün lazım idi.

 

BMT-nin proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı 2,4 milyon nəfərə qədər azalacaq. Maraqlıdır ki, Azərbaycan üçün analoji göstərici 2050-ci ildə 10,8 milyon nəfər təşkil edəcək. Hazırda bu nisbət Ermənistanda 3 milyon, Azərbaycanda isə 9,9 milyon nəfərdir.

 

Blokada və Azərbaycana qarşı işğalçılıq siyasəti Ermənistanın gələcəyini dumanlı perspektivə çevirən əsas faktorlardır. Belə ki, 2017-ci ildə ölkədə 37 min 699 körpə doğulub. Bu göstərici 2016-cı ildə 40 min 592 və 2015-ci ildə 41 312 nəfər olub. Göründüyü kimi, doğum göstəricisi ildən-ilə aşağı düşür, insanların yaxşı həyata, xoşbəxt gələcəyə inamı itdiyi üçün onlar ölkədən kütləvi şəkildə köçür, övlad-uşaq sahibi olmaq istəmirlər.

 

Ermənistanın məşhur sosioloqlarından biri Sambel Xudoyan da məsələ ilə bağlı həyəcan təbili çalır:

“Çoxları ölkədəki demoqrafik situasiya barədə KİV-dən məlumat alır. Onlar Ermənistandan kiminsə, işləmək üçün xaricə getdiyini görəndə panikaya düşürlər və zəncirvari reaksiya baş verir. Biri gedirsə, o biri də onun arxasınca gedir”.

 

Xudoyanın fikrincə, ölkədən yalnız kişilər deyil, qadınlar da mühacirət edir:

“Çoxu ailəsi ilə gedir. Bəzi kəndlərdə kişilər həyat yoldaşlarını  6-7 ay tək qoyub gedirlər. Elə kəndlər də var ki, ancaq yaşlı adamlar qalıblar. Bu çoxlu problemlər yaradır. Kişi ailədə olmayanda özbaşınalıq yaranır. Məsələn, bu gün Yerevanda çoxlu intim xidmət yerləri açılıb. Kənddən gələn qızlar çox vaxt bu yola düşürlər. Halbuki, ataları, yaxud qardaşları qazanc arxasınca, xaricə gediblər”.

 

İqtisadçı Vaaqn Xaçatryan isə ölkə iqtisadiyyatının ağır vəziyyətini və Qarabağ münaqişəsini əsas problem hesab edir.

“Son 10 ildə ölkədə vəziyyət çox ağırdır. Yerli sakinlər üçün daha bir aktual problem Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Yəni insanlar sülh müqaviləsinin nə vaxt bağlanacağını bilmirlər”-deyə ekspert deyib.

 

Eyni problem Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında da müşahidə olunur. Belə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 1989-cu ildə 189 min insan yaşayırdısa, hazırda bu göstərici 100 mindən aşağıdır. Rəsmi erməni mənbələri bu rəqəmi 150 minə qədər şişirtsələr də, reallıq işsizlik və mübahisə səbəbindən yerli ermənilərin Qarabağdan kütləvi olaraq Rusiyaya köç etdiyini göstərir. Bu, həm beynəlxalq təşkilatlar, həm də QHT-lər tərəfindən sənədləşdirilib. Bölgədə yalnız Ermənistandan göndərilən hərbi hissələrin şəxsi heyəti və azsaylı yerli sakinlər qalıb.

 

Ümumilikdə, Ermənistan və işğal altındakı Dağlıq Qarabağ regionunda ermənilərin əsl demoqrafik böhran yaşadığını və Qarabağ münaqişəsinin həlli mümkün olmadan bu tendensiyanın müsbətə doğru dəyişməsi şansının olmadığını demək olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55