Modern.az

Ağ Evə silahlı hücum olub

Ağ Evə silahlı hücum olub

Dünya

16 Noyabr 2011, 18:01

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Amerikanın Gizli Xidməti Ağ Evin çöl şüşəsinə bir güllənin dəydiyini, eyni zamanda Ağ evin ətrafında da partlamamış mərmi tapdıqlarını açıqlayıblar.

Cümə günü Ağ Evdə silah səslərinin eşidilməsindən sonra Gizli Xidmət tərəfindən aparılan araşdırmada “Kalaşnikov” silahının da tapıldığı qeyd edilib. Ancaq haradan tapıldığı açıqlanmayıb.

Hadiəsinin şahidləri cümə günü silah səsləri eşitdiklərini və bu vaxt iki maşının sürətlə hərəkət etdiyini söyləyiblər. Bununla belə Gizli Xidmət cümə günü baş verən hadisəylə Ağ Evin ətrafında tapılan güllələr arasında heç bir bağlantının olmadığını ifadə edib. Digər tərəfdən isə ABŞ park polisinin cümə günündə baş verən hadisədə şübhəli bilinən Oskar Ortega Hernandez adlı şəxsi tutduğu bildirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi