Modern.az

Rusiya saxta nikahlarla mübarizəni qanuniləşdirir

Rusiya saxta nikahlarla mübarizəni qanuniləşdirir

Aktual

19 Dekabr 2018, 21:11

Rusiya Dövlət Duması saxta nikahlarla mübarizə ilə bağlı qanun qəbul edib. Modern.az xəbər verir ki, Duma əcnəbilərin Rusiya vətəndaşları ilə ailə quraraq, müvəqqəti yaşama icazəsi alması üçün bağladıqları saxta nikahların qarşısını almaq baxımından qanuna dəyişiklik edib.

Sənəd 3-cü oxunuşda qəbul edilib.

Qanun layihəsinə görə, indi Rusiya vətəndaşı ilə nikaha daxil olan əcnəbilərə yalnız onun həyat yoldaşının yaşadığı ərazidə yaşamaq üçün müvəqqəti icazə veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat