Modern.az

Neft 58 dollaradək ucuzlaşdı

Neft 58 dollaradək ucuzlaşdı

Aktual

19 Dekabr 2018, 23:48

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 58,6 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,6 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 57,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,6 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 18-də 56,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 18-də 55,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat