Modern.az

Bayram Səfərov hesabat verdi, Kamal Abdulla İcmanın yeni tərkibinin seçiləcəyini istisna etmədi - QURULTAY

Bayram Səfərov hesabat verdi, Kamal Abdulla İcmanın yeni tərkibinin seçiləcəyini istisna etmədi - QURULTAY

20 Dekabr 2018, 11:19

Bu gün Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçirilir.

Modern.az xəbər verir ki,bu saatlarda davam edən qurultayda icmanın hesabatı açıqlanıb. Qurultayı açıq elan edən icmanın sədri Bayram Səfərov çıxış edərək, hesabatı təqdim edib.

İcmanın İdarə Heyətinin üzvü Kamal Abdulla isə qeyd edib ki, qurumun fəaliyyəti bir çıxışa yetməyəcək qədər genişdir. O, icmanın yeni tərkibinin seçilə biləcəyini istisna etməyib:

“Hesab edirəm ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bugünkü fəaliyyəti gələcəkdə görüləcək işlərin son dərəcə ləyaqətli , mənəvi bazasına çevrilə bilər”.

Kamal Abdulla icma üzvlərinə və tədbirdə iştirak edənlərə uğurlar arzulayıb.

Deputat Flora Qasımova isə qurultayda çıxış edərək, erməni dilinin öyrənilməsi ilə bağlı məsələ qaldırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı