Modern.az

“Ailəliklə kitabxanaya” layihəsi Binəqədidə...  

“Ailəliklə kitabxanaya” layihəsi Binəqədidə...   

Aktual

21 Dekabr 2018, 14:30

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə kitabxanaya” layihəsinə start verilib. Layihə çərçivəsində növbəti tədbir Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, rayon ziyalılarının, eləcə də ailələrin iştirakı ilə 20 dekabr 2018-ci il tarixində Binəqədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilib.


Giriş sözü ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını salamlayaraq, cəmiyyətin mənəvi və intellektual inkişafında mütaliənin vacibliyini diqqətə çatdırıb. Gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın əhəmiyyətinin xüsusi rolunun olduğunu qeyd edən Aygün Əliyeva layihənin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərin yetişməsində böyük rolu olacağını bildirib.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva layihənin həyata keçirilməsində dəstəyi olan təşkilatlara minnətdarlığını bildirib. Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən Aynur Sofiyeva aparılan davamlı və məqsədyönlü siyasətin bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərdiyini qeyd edib.


“Ailəliklə kitabxanaya” layihəsinin bu istiqamətdə yeni layihə olduğunu bildirən
Aynur Sofiyeva kitabxana nəzdində formalaşdırılan ilk Ailə klubu barədə məlumat verərək layihənin eyni zamanda ailə münasibətlərinin, ailə bağlarının möhkəmləndirilməsi istiqamətində də böyük rolunun olacağını diqqətə çatdırıb.


AMEA-nın həqiqi üzvü, akademik Vaqif Abbasov layihə əhəmiyyətindən danışaraq ailədə kitaba sevginin hər bir kəsə uşaq yaşlarından aşılanmalı olduğunu, xüsusilə də bu işdə valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.


Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Şücayət Piriyeva, Binəqədi rayon MKS-nin direktoru Rəna Bilyandarlı layihənin əhəmiyyəti barədə çıxışlar ediblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Uşaqlar tərəfindən “Bir qalanın sirri” filmindən kadr, “Turp”, “Tıq-tıq xanım”, “Qırmızı papaq” nağılları səhnələşdirilib.

Tədbirin yekununda iştirakçı uşaqlara Binəqədi RiH və Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır