Modern.az

UABD Ukraynanın ən böyük idman federasiyası ilə əməkdaşlığa başladı 

UABD Ukraynanın ən böyük idman federasiyası ilə əməkdaşlığa başladı 

21 Dekabr 2018, 15:42

Ukrayna Kikboksinq Federasiyası ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) arasında əməkdaşlıq Memorandumu imzalanıb.

 

UABD-dən Modern.az-a verilən məlumata görə, sənədi Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko və UABD sədri Hikmət Cavadov imzalayıb.

 

UABD sədri Hikmət Cavadov əməkdaşlıqda məqsədin Ukraynada yaşayan azərbaycanlı gəncləri idmana cəlb etmək və təşkil olunan beynəlxalq yarışlarda onların iştiraklarını təmin etməkdən ibarət olduğunu bildirib.  

 

Ukrayna Kikboksinq Federasiyasının prezidenti Olqa Pavlenko Ukraynada yaşayan azərbaycanlı gənclərin potensiallarını dəyərləndirəcəklərini, keçirilən beynəlxalq yarışlarda iştiraklarına çalışacaqlarını vurğulayıb. Qeyd edib ki, rəhbərlik etdiyi federasiyanın Ukraynada 45 min üzvü var. 

 

Görüşdə dekabrın əvvəllərində Çernovtsı şəhərində keçirilən konfransda Ukrayna Kikboksinq Federasiyasının vitse - prezident vəzifəsinə seçilən UABD-nin sədr müavini Elşad İbrahimova vəsiqə təqdim olunub.

 

İmzalanma mərasimində Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov da iştirak edib. 

 

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür