Modern.az

Bakıya güclü qar yağacaq

Bakıya güclü qar yağacaq

11 Dekabr 2009, 14:12

Modern.az-a daxil olan məlumata görə, yaxın 10 gün ərzində Azərbaycan paytaxtında havalar birdən-birə daha da sərtləşəcək, güclü qar yağacaq, şaxta olacaq. Saytımıza verilən xəbərdə bildirlib ki, Bakıda gözlənilən ekstremal hava şəraiti ilə bağlı bəzi nazirliklərə və dövlət idarələrinə xəbərdarlıq da edilib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədovla əlaqə saxladıq. Qeyd edək ki, məlumatı saytımıza adının çəkilməsini istəməyən nazirliklərin birinin əməkdaşı verib. Bildirib ki, Fövqəladə Hallar, Nəqliyyat nazirliklərinə, Bakı şəhər İcra Hakimiyyətinə ektremal hava şəraitinə hazırlıq görülməsi üçün məlumat verilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov saytımıza açıqlamasında yaxın günlərdə havada müəyyən dəyişikliyin baş verəcəyinin gözlənildiyini təsdiq edib. “Dekabrın 14-ü və 15-i müəyyən bir prosesin olacağını gözləyirik. Ancaq bu barədə hələlik  heç bir yerə məlumat verilməyib. Havada dəyişiklik olarsa, bu haqda rəsmi məlumat yayacağıq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi