Modern.az

Azərbaycana qış gəldi - Böyük çillə başladı

Azərbaycana qış gəldi - Böyük çillə başladı

22 Dekabr 2018, 02:39

Azərbaycanda təbiət hadisəsi baş verib. Modern.az saytının məlumatına görə, dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də Azərbaycan ərazisində qış fəsli başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz kimi 2018-ci ilin tarixinə düşəcək.

 

X.Mikayılov bildirib ki, 6 gün ərzində - dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq.

Daha sonra gecələr qısalmağa, gündüzlər uzanmağa başlayacaq.

Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Bu təqvimlə dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 20-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər