Arxiv
22 Dekabr 2018, 10:44 | İQTİSADİYYAT
174 güzəştli mənzil bu tarixdə satışa ÇIXARILACAQ

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 8 fevral 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

 

Bu haqda Modern.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA)  bildirilib.

 

Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

 

Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

 

Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:

 

Satışa ümumilikdə 174 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

 

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

 

Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.

 

Bina №

Binanın yerləşdiyi torpaq

sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin

otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili

perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici

perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və

təmir işlərinin

başaçatma tarixi

1

441,56

12

1

1

2

31,53 – 32,95

40,12

“NN Group” MMC / Bakı şəhəri,

Yasamal rayonu, Talıblı küçəsi 27,

8-ci mərtəbə, qapı 1.

1 sentyabr

2018-ci il 

2

3

56,85 – 57,87

70,44

3

2

70,09 – 70,46

84,47

2

645,25

9

2

1

1

33,10

40,52

2

11

50,12 – 55,02

60,10 – 66,91

3

1

69,43

84,47

3

665,45

9

2

1

2

33,10

40,52

2

6

54,80 – 55,03

66,92

3

1

69,92

81,64

4

675,52

9

2

1

3

33,10 – 33,37

40,52

2

5

54,80 – 55,03

66,92

3

1

69,51

81,64

5

676,53

9

2

1

4

33,10 – 33,37

40,52

2

3

54,65 – 55,03

66,92

3

1

69,56

81,64

6

687,45

9

2

1

16

33,10 – 33,37

40,52

"Hünər-İnşaat" Firması / Bakı şəhəri,

Xətai rayonu, Gəncə prospekti,

ev 97, mənzil 63.

 1 sentyabr

2018-ci il

2

32

54,65 - 55,03

66,92

3

16

69,51 - 69,93

81,64

7

665,36

9

2

1

16

33,10 – 33,37

40,52

2

32

54,65 - 55,03

66,92

3

16

69,51 - 69,93

81,64

 

Satış şərtləri və qiymətlər:

 

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.

 

1 otaqlı mənzillərin qiyməti – 29 954 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 959 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

 

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

 

İllik faiz dərəcəsi

Müddət

Minimal ilkin ödəniş

Aylıq ödəniş*

1 otaqlı

2 otaqlı

3 otaqlı

4%

3-30 il

10%

129-136 manat

205-236  manat

283-288 manat

* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

 

 

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

 

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

 

Otaqların sayı

Mənzilin qiyməti

(manatla)

Əlavə endirim məbləği

(manatla)

Əlavə endirimdən sonra

mənzilin satış qiyməti

(manatla)

1

29 954

2 995

26 959

2

47 614

4 761

42 853

3

65 959

6 596

59 363

 

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

 

Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

 

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.

 

Satışa çıxarılan mənzillər barədə daha ətraflı məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

 

1 saylı binada satışa çıxarılan mənzillər

2 saylı binada satışa çıxarılan mənzillər

3 saylı binada satışa çıxarılan mənzillər

4 saylı binada satışa çıxarılan mənzillər

5 saylı binada satışa çıxarılan mənzillər

6 saylı binada satışa çıxarılan mənzillər

7 saylı binada satışa çıxarılan mənzillər

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01 Məktəb direktoru  işdən çıxarıldı 18 İyun 2019, 15:38